Bu gün:

Kaktus bitkisi


Kaktus tikanlı quruluşu ilə tanınan səhralarda və tropik bölgələrdə çox görülən bir bitkidir. Müəyyən bir ailəyə aid olmayan kaktus, yarpaqları və çiçəkləri tikan şəklində olan bitkilərin ümumi adıdır. Bir çox çeşidləri olan kaktusun boyu 12 metrə çata bilir. Çox su və yağış tələb etməyən bir quruluşa sahib olan kaktus evdə asanlıqla böyüyə bilir. Kaktusların tikanları bəzi növlərdə zəhərli ola bilər.

Zəhərli olmasa belə, kaktus tikanları əldə ilişəndə çox ağrıyır və çətin çıxarılır. Kiçik bitki ikən qazanda böyüməyə başladığınız kaktus yaxşı qulluq nəticəsində çox hündür və qalın bir quruluşa sahib olacaq.

Kaktus yetişdirməkdə vacib məqamlar var. Bir çox bitkidə olduğu kimi, kaktuslar yetişdirərkən, işığa, temperatura, torpağa və qablaşdırmaya diqqət yetirmək lazımdır.

İşıq: Kaktuslar və əksər sukkulentlər bol günəş işığına ehtiyac duyurlar. Evinizin şimal tərəfində kaktus yetişdirməyə çalışmayın, ən çox günəş alan yerlər kaktuslar üçün ideal mühitlərdir. Kaktuslarınızı pəncərəyə mümkün qədər yaxın qoyun və hətta pəncərə eşiklərində və balkonunuzda ən çox günəş alan yerləri kaktuslarınız üçün ayırın. Bununla belə, kaktusları birbaşa günorta günəşindən qorumaq lazımdır.

İstilik: Kaktuslar və bütün sukkulentlər istiliyi sevirlər. Yayda 40 dərəcəyə qədər böyüməyə davam edirlər, lakin isti temperaturda böyümə dayanır. Qışda suvarmamaq şərti ilə soyuğa da davamlıdırlar. Temperatur -15 dərəcədən aşağı düşməməli və çox nadir hallarda da olsa bir az su verilməlidir.

Torpaq: Ən çox məhsul kaktuslar çiçəkli torpaq və qalın qum qarışığında yetişdirildikdə alınır . Bunun əvəzinə torf və pemza qarışığından istifadə edilə bilər. Seçdiyiniz torpağın su keçirici olması və əhəngli olmaması vacibdir. Əgər torf-pomza qarışığından istifadə edirsinizsə, vaxtaşırı süni gübrə vermək lazımdır.

Saxlama: Ən uyğun səpmə vaxtı bitkinin istirahət etdiyi vaxtdır .  Yanvar-fevral və ya iyul-avqust ayları saksı və ya əkilməsi üçün uyğundur. Kaktusun yerləşdiyi qazanın dibinə çınqıl daşları qoyaraq qazanda suyun qalmamasını təmin etməlisiniz. Qazan kaktus üçün çox böyük olmamalıdır və torpaq həddindən artıq olmamalıdır.

Mənbə: esular.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et