Bu gün:

Qədim Afrodisias şəhərində tapılan monumental


Aydının Afrodisias Qədim şəhərində Afrodita məbədinin yaxınlığından monumental mərmər Zevs başı tapılıb.Əsrlər sonra yenidən üzə çıxan bu mərmər baş Yunan mifologiyasının ən güclü və əhəmiyyətli tanrısı olan Zevsin izzətini nümayiş etdirir. Afrodita məbədinin 50 metr qərbində aşkar edilən bu qiymətli əsər saç və saqqalındakı detallı işlənməsi ilə diqqət çəkir.

Qədim şəhərdə memarlıq quruluşunun bir hissəsi kimi relyeflə oyulmuş saqqallı Zevsin başı 66 santimetrdir. Sözügedən əsər iyulun 16-da bölgədə aparılan qazıntılar zamanı Afrodita məbədinin 50 metr qərbində, səthə çox yaxın ərazidə başıaşağı çıxarılıb.

Mərmər baş üzərindəki bərkimiş torpaq çöküntülərindən xilas olmaq üçün ilkin təmizləmə və konservasiya proseslərinə məruz qalıb. Orta dənəli Afrodisas mərmərinin tək blokundan hazırlanmış əsər eramızın 2-3-cü əsrlərinə aiddir.

Olimpiya tanrılarının padşahını təsvir edən nəhəng baş, arxasındakı profilli konsoldan yüksək relyeflə irəli uzanır. Onun saç düzümü, saqqalı və kral tacı kimi diademi başın Afrodisiasda şəhər ilahəsi Afrodita qədər əhəmiyyətli bir tanrı olaraq sitayiş edilən Zevsə aid olduğunu göstərir.

Saç və saqqal üzərində ətraflı qazma işi onun yüksək səviyyəli Afrodisias heykəltəraşlıq emalatxanasına aid olduğunu göstərir. Qüdrətli ilahi surətin mükəmməl təsviri baş güclü təsir bağışlayır.

Mənbə: ntv.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et