
24media.az-ın "1 sual 1 cavab" rublikasının növbəti qonağı Ailə və Uşaq psixoloqu Aynur İsmayılovadır. O, son vaxtlar uşaqlar arasında daha çox yayılmış diqqət əskikliyi və hiperaktivlik problemi mövzusuna toxunub.
Diqqət əskikliyi və hiperaktivlik problemi hansı hallarda yaranır?
– Diqqət əskikliyi və hiperaktivlik problemi Azərbaycanda yaşayan uşaqların 70%-də rast gəlinir. Bu, əsasən ata tərəfdən keçən sindrom olsa belə, diqqət əskikliyi və hiperaktivliyini artıran isə telefonlar, kompüter oyunları, TV-də olan verilişlərdir. Əvvəlki dövrün uşaqlarında bu problem az idi, ona görə ki, onlar yaradıcılıq və əl işləri ilə məşğul olurdular. Hazırda isə texnikanın inkişafı hiperaktivliyə təkan verir. Bunu aradan qaldırmaq üçün valideynlər uşaqlarına ev işləri, yaradıcılıq kimi kiçik məsuliyyətlər verməlidirlər. Əgər uşaqda yüksək hiperaktivlik varsa, pisxoloji dəstək almalıdır. Gələcəkdə hiperaktiv insanlar qumarbazlıq və fırıldaqçılıqla məşğul olurlar. Vaxtında bunun qarşısı alınmazsa, yetkinlik yaşlarına çatdıqda asan pul qazanmağa üstünlük verdikləri üçün cəmiyyətdə də əziyyət çəkməyə başlayırlar.
Arzu İbrahimova
