Bu gün:

Anemiyanın əlamətləri nələrdir?


Anemiya bədənin orqan və toxumalara kifayət qədər oksigeni daşımaq üçün lazımi miqdarda sağlam qırmızı qan hüceyrələrinə malik olmadığı zaman meydana gələn bir vəziyyətdir. Qansızlıq qan dövranında qırmızı qan hüceyrələrinin sayının azalması ilə baş verir.

 Bədənin sağlam qırmızı qan hüceyrələrini istehsal etmək qabiliyyətinə, adətən, digər xəstəliklərə görə təsirləndikdə və ya qırmızı qan hüceyrələrinin məhv edilməsi və ya itkisi anormal şəkildə artdıqda baş verir. Anemiya dünya əhalisinin təxminən 24,8%-ni əhatə edir. Məktəbəqədər yaşlı uşaqlar ən çox risk altındadırlar və anemiyanın bu yaş qrupunda dünya üzrə 47% nisbətində inkişaf edəcəyi təxmin edilir.

Anemiya nədir?

Anemiya nədir sualının cavabı belədir: Qanda kifayət qədər sağlam qırmızı qan hüceyrələri və ya hemoglobin olmadıqda meydana gələn bir vəziyyətdir. Hemoqlobin qırmızı qan hüceyrələrində olan və oksigenin daşınmasından məsul olan molekuldur. Bədəndə qırmızı qan hüceyrələrinin çox az və ya anormal olması və ya hemoglobinlərin quruluşu anormal olduqda, onların miqdarı az olduqda anemiyanın simptomları baş verir. Yorğunluq və zəiflik kimi anemiya əlamətləri bədən toxumalarına kifayət qədər oksigeni çatdıra bilməməsi nəticəsində inkişaf edir.

Anemiyaya nə səbəb olur?

Bədənin yaşaması üçün qırmızı qan hüceyrələrinə ehtiyacı var. Qırmızı qan hüceyrələrinin strukturunda dəmir molekulları olan kompleks bir protein olan hemoglobin var. Hemoqlobin molekulları oksigeni ağciyərlərdən bədənin qalan hissəsinə daşıyır. Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrəsi olmadığı zaman baş verir. Bəzi xəstəliklər və şərtlər qırmızı qan hüceyrələrinin sayının azalmasına səbəb ola bilər. Anemiyanın bir çox növləri var və tək səbəbi yoxdur. Dəqiq səbəbi müəyyən etmək bəzən çətin ola bilər. Bəs anemiyaya nə səbəb olur?
1. Bədənin kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edə bilməməsi.
2. Qanama səbəbiylə qırmızı qan hüceyrələrinin itkisinin artması.
3. Qırmızı qan hüceyrələri bədəndə normaldan daha tez məhv olur.

Anemiyanın müxtəlif növləri müxtəlif səbəblərə malikdir. Anemiyanın növlərindən asılı olaraq bəzi səbəblər bunlardır:

Dəmir çatışmazlığı anemiyası: Dəmir çatışmazlığı anemiyası ən çox rast gəlinən anemiya növüdür. Dəmir çatışmazlığı anemiyası orqanizmdə dəmir çatışmazlığından yaranır. Sümük iliyi qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu hemoglobini yaratmaq üçün dəmirə ehtiyac duyur. Kifayət qədər dəmir olmadan qırmızı qan hüceyrələrinin istehsalı üçün lazım olan hemoglobin istehsal edilə bilməz. Bu tip anemiya dəmir preparatları qəbul etməyən bir çox hamilə qadınlarda olur. Bundan əlavə, ağır menstrual qanaxma, mədə xorası və xərçəng dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.

Vitamin çatışmazlığı anemiyası: Bədənin kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal etmək üçün dəmirdən əlavə, folat və B12 vitamininə ehtiyacı var. Bu vitaminlərdə çatışmazlıq olan bir pəhriz qırmızı qan hüceyrələrinin istehsalının azalmasına səbəb ola bilər. Bundan əlavə, kifayət qədər miqdarda B12 istifadə edən bəzi insanlar vitaminin bağırsaqlarda udulmasında problem yaşayırlar. Bu malabsorbsiya zərərli anemiya kimi tanınan B12 vitamini çatışmazlığı anemiyasına səbəb ola bilər.

Xroniki xəstəliklərin anemiyası: Xərçəng, HİV/AİDS, romatoid artrit, böyrək xəstəliyi, Crohn xəstəliyi kimi bəzi iltihabi xəstəliklər qırmızı qan hüceyrələrinin istehsalını maneə törədə bilər.

Aplastik anemiya: Aplastik anemiya nadir, lakin həyati təhlükəsi olan anemiyadır.

Mənbə: medicalpark.com

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et