Halüsinasiya müxtəlif səbəblərə görə insanın qavrayışının dəyişməsi zamanı baş verən pozğunluqdur. Beyni stimullaşdıran xarici və daxili faktorların səhv getməsi ilə ortaya çıxan bu vəziyyət psixi sağlamlıq, dərman, narkotik və ağır spirtli içkilərin istifadəsi nəticəsində daha çox rast gəlinən bir xəstəlikdir.

Eyni zamanda beyin gün ərzində görmə, eşitmə, toxunma kimi bir çox faktorla stimullaşdırılıb əslində olmayan stimulları qəbul etdikdə bu xəstəlikdən danışmaq olar.
Halüsinasiyanın nə olduğu sualının ilk cavabı, mövcud olmayan görüntüləri görməkdir. Lakin bunu bu qədər sadələşdirmək düzgün deyil. Buna görə də onun növlərini bilmək xəstəliyi anlamaq üçün çox vacibdir. Məntiqi olaraq qiymətləndirildikdə başqalarına absurd görünən təfərrüatlar halüsinasiyalar görənlər üçün çox mənalı və real görünür. Bəzən təsirlər qoxu ilə baş verə bilər, bəzən isə insan şəklini görmək mümkündür. Halüsinasiyanı bəzi növlərə bölmək və bir neçə başlıq altında araşdırmaq lazımdır.
Halüsinasiyaların səbəbləri nələrdir?
Halüsinasiya ciddi qəbul edilməli və müalicəsinə ara verilməməli bir xəstəlikdir. Bu xəstəliyin səviyyəsindən asılı olaraq düzgün üsullarla sağalıb uzun müddətli xoşbəxt həyat sürmək mümkün ola bilər. Bu nöqtədə halüsinasiyanın həm psixoloji, həm də fiziki səbəblərini öyrənmək xəstəliyə səbəb olan faktorların mənbəyinə çatmaq üçün böyük fayda verəcəkdir.
Halüsinasiyanın psixoloji səbəbləri arasında; şizofreniya, depressiya, bipolyar pozğunluq, demans, delirium və yuxu çatışmazlığı. Fiziki səbəblər arasında: Migren, yüksək hərarət, karlıq, korluq, epilepsiya, QİÇS, beyin xərçəngi və orqan çatışmazlığı kimi ölümcül xəstəliklər var.
Halüsinasiya növləri hansılardır?
•Vizual Halüsinasiyalar: Beyində meydana gələn təbii xəstəliklər nəticəsində daha çox rast gəlinən bir növdür. Əslində mövcud olmayan obyektlər görünür. Müxtəlif halüsinasiyalar, xüsusilə parlaq işıqlar, insanlar, heyvanlar və canlılar görünür.
•Eşitmə Halüsinasiyaları: Mövcud olmayan səslər eşidilir. Xüsusilə şizofreniya və psixozdan əziyyət çəkənlər tərəfindən yaşanır. Bəzi hallarda səslər şəkillərlə birləşdirilə bilər və səslər adətən əmr, qəzəbli və ya ittihamedici rəftarlarda eşidilir.
•Toxunma halüsinasiyalar: Toxunma halüsinasiyalar çox narahat edici bir növ olaraq meydana gəlir. Xəstə bədənində qarışqa, həşərat və ya müxtəlif canlıları hiss etdiyini deyir. Normalda mövcud olmayan bu canlılar daha tez-tez dərman çəkilərkən və ya dərmanın təsiri altında müşahidə olunur.
•Dad Halüsinasiyaları: Bu tip halüsinasiyalar zamanı insanlar yedikləri və ya içdikləri yeməklərdən metal dad və ya spirt dada bilər.
Halüsinasiyanın nə demək olduğu sualına yuxarıda qeyd olunan xüsusiyyətləri və növləri araşdırdığınız zaman cavab verə bilərsiniz. Bu sayədə sizdə və ya yaxınlarınızda qeyd olunan simptomlar varsa bir mütəxəssisdən dəstək almağınız lazım olduğunu görə bilərsiniz.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
