Bu gün:

Yoqanın hansı faydaları var?



Yoqa qədim zamanlardan bəri bir çox insanın məşğul olduğu bir məşqdir. Öz daxilində növlərə bölünür. Ehtiyac və istəklərinizə uyğun variantlardan birini seçə bilərsiniz.

Bel və boyun ağrılarınızı yüngülləşdirməyə kömək etmək, konsentrasiyanı və diqqəti artırmaq, yoqanın faydaları arasında sayıla bilər. Yoqa gün ərzində daha canlı və enerjili hiss etməyə və günü məhsuldar keçirməyə kömək edir.

Yoga nədir?

Yoqa əsrlər boyu tətbiq edilən fiziki, mənəvi və zehni məşqdir. İlk dəfə Hindistanda keçirilib. Sonralar bütün dünyaya yayıldı və hər mədəniyyətdə tətbiq olundu. Yoqa öz praktikantlarına 8 təlim təklif edir. Bu təlimlər müvafiq olaraq Yama, Niyama, Asana, Pranayama, Pratyahara, Dharana, Dhyana və Samadhi adlanır.

Bütün bu təlimlərin məqsədi şüur, həyat enerjisi, minnətdarlıq, sağlam hiss, konsentrasiya və diqqəti artırmaqdır. Yoqanın həm zehni, həm mənəvi, həm də fiziki olaraq faydaları çoxdur. Qısaca desək, ağrılarınızı yüngülləşdirməyə kömək edə bilər.

Yoqanın faydaları nələrdir?

Yoqa, müntəzəm olaraq həyata keçirildiyi təqdirdə onu tətbiq edən şəxsə bir çox fayda verə bilər. Yoqanın faydalarını aşağıdakı kimi sıralamaq olar:

• Yoqa elastikliyinizi artırmağa kömək edir.

• Ağrınızı aradan qaldırmağa kömək edir. Bel və boyun ağrılarınıza yaxşı təsir edir.

• Onurğa sağlamlığınızı dəstəkləyir.

• Yoga ürək-damar sağlamlığınızı qorumağa kömək edir. Ürək xəstəliklərinin qarşısını alır.

• Yoga sizi fiziki, mənəvi və əqli cəhətdən daha yaxşı hiss etdirir. Stress, qəzəb və narahatlıq kimi mənfi emosiyalar və düşüncələrdən xilas olmağa kömək edir.


Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et