Bu gün:

Təzə əncirin faydaları



Təzə əncirin dadı ilə yanaşı faydaları da diqqət çəkir. Tərkibindəki yüksək lif tərkibi həzm sistemini tənzimlədiyi halda, təbii şəkər və antioksidantlar orqanizmi zərərli sərbəst radikallardan qoruyur.

Tərkibindəki minerallar ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tarazlaşdırır. Eyni zamanda, təzə əncir dəri sağlamlığını yaxşılaşdırır və yaşlanma əleyhinə təsir göstərir. Təzə ənciri salatlarda, desertlərdə və ya qəlyanaltı olaraq istifadə etmək pəhrizinizə həm ləzzət, həm də sağlamlıq qatacaq.

Onun faydaları, tərkibindəki bir çox qida maddəsi ilə bağlıdır. Təzə əncir Ficus carica bitkisinin meyvəsidir. Ümumiyyətlə, Aralıq dənizi iqlimində böyüyən bu meyvə şirin və yumşaq toxuması ilə tanınır. Təzə əncir müxtəlif rənglərdə ola bilən, minerallar və antioksidantlarla zəngin bir meyvədir. Tərkibindəki təbii şəkər sayəsində enerjini artıra bilir və şirin istəkləri boğmağa qadirdir.

Təzə əncirin faydaları

Təzə əncirin faydaları və aşağı kalorili tərkibi onu sağlam pəhrizin bir hissəsi edir. Kiçik bir təzə əncirdə (40 qram) yalnız 30 kalori var. Tərkibində zülal və ya yağ olmamasına baxmayaraq, 8 qram karbohidrat və 1 qram lif təmin edir. O, həmçinin mis (3%), maqnezium (2%), kalium (2%), tiamin (2%), B6 vitamini (3%) və K vitamini (2%) kimi vacib vitamin və minerallarla zəngindir.

Mis enerji istehsalında mühüm rol oynayır, birləşdirici toxumaların sağlamlığını qoruyur və sinir sisteminin düzgün işləməsinə kömək edir. Bundan əlavə, mis saç və dərinin piqmentasiyasını dəstəkləyir, bədəndə dəmiri daşıyır və immunitet sisteminin normal fəaliyyətinə kömək edir. Antioksidant xüsusiyyətləri ilə hüceyrələrin oksidləşdirici stresdən qorunmasına da töhfə verir.

Maqnezium yorğunluğun və tükənmənin azaldılmasına, elektrolit balansının qorunmasına və enerji istehsalının metabolizmasının tənzimlənməsinə kömək edir. Sinir sisteminin normal fəaliyyətini, əzələ funksiyalarını və protein sintezini dəstəkləyir. Maqnezium və K vitamini sümük sağlamlığını qoruyur və sümük sıxlığının artmasına kömək edir.

Vitamin B6 sistemin sintezi və enerji istehsalı kimi bir çox bədən funksiyalarının düzgün işləməsində mühüm rol oynayır. O, həmçinin homosistein mübadiləsini, zülal və glikogen mübadiləsini tənzimləyir. Qırmızı qan hüceyrələrinin meydana gəlməsini və immunitet sisteminin normal fəaliyyətini dəstəkləyir. Vitamin B6 yorğunluğu və azaldır və hormonal fəaliyyəti tənzimləyir.


Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et