Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış qatar xətlərinin “zərərli şəxslərin hərəkətləri” səbəbindən böyük ölçüdə kəsildiyi açıqlanıb.

Fransanın milli dəmir yolu şirkəti SNCF X hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı açıqlama verib.
Açıqlamaya görə, Fransanın qərbində, şimalında və şərqində qatar xidmətləri "zərərli şəxslərin hərəkətlərindən" təsirlənib.
Təxminən 800 min insan bu hücumlardan təsirlənib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
