Qədim Misirin 63 qəbirindən tapılan qəbir hədiyyələrinə qızıl yarpaqlı fiqurlar, saxsı qablar və tunc sikkələr daxildir.
Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada Misirdə arxeoloqların 60-dan çox insanın qədim məzarları ilə yanaşı, bürünc sikkələr və qızıl yarpaqlı heykəlciklər tapdığı açıqlanıb.
Komanda bu məzarları Aralıq dənizinin şimal sahilində yerləşən Damietta şəhərində açıb. Qəbirlərin bəziləri 26-cı sülalə (e.ə. 688-525), digərləri isə Ptolemey dövrünə (e.ə. 304-30) aiddir. Kəşflər arasında mərhumun axirətdə faydalanması üçün nəzərdə tutulmuş dulusçuluq və uşabti heykəlcikləri də var.
Misirdəki İsgəndəriyyə Araşdırmaları Mərkəzinin direktoru, bu araşdırmada iştirak etməyən Tomas Faucher deyir ki, dərc olunmuş fotoşəkillərə əsasən, sikkələrin əksəriyyətində Zevs Ammon təsvir olunduğu görünür. Bu tanrı Yunan tanrısı Zevsin və peyğəmbərliklərlə əlaqəli olan Misir tanrısı Amun birləşməsindən ibarət idi.
Şəkillərdəki ən azı bir sikkə qartalın solunda bolluq buynuzlu qartal təsvir edir. Faucher bu detallara əsaslanaraq sikkələrin eramızdan əvvəl III əsrin sonlarına aid olduğunu bildirir. Sikkələrlə yanaşı, ölülərlə birlikdə basdırılmış qızıl yarpaqlı heykəlciklər də diqqət çəkir. Dərc edilmiş şəkillərdən görünür ki, bəzi heykəlciklərdə Misir mifologiyasında “ba-quşlar”, qanadlı canlılar və insan başları təsvir edilmişdir.
Suonsi Universitetinin Misir Mərkəzinin məlumatına görə, qədim Misirdə “ba” insan ruhunun bir hissəsini təmsil edirdi və bəzən mərhumu qidalandırmaq üçün yemək toplaya bilən quş kimi təsvir edilirdi.
Mənbə: A[hide][/hide]rkeofili
Tərcümə etdi: Aytac Musayeva