Bu gün:

Kiçik oğlan gəzərkən Roma dövrünə aid üzük tapdı


Köhnə fermanın yaxınlığında 13 yaşlı bir oğlan tərəfindən tapılan Qədim Roma üzüyünün üzərində ilahə Minervanın oyma təsviri var.

13 yaşlı uşaq bu yaxınlarda atası ilə gəzintiyə çıxanda o, üzərində tanrıça Minervanın həkk olunmuş  Roma dövrünə aid üzük tapıb. 

Yair Uaytson İsrailin şimalındakı Karmel dağındakı arxeoloji ərazi olan Khirbet Şalala yaxınlığında kəşf edib. Daş və fosil toplamağı sevən gənc səyahətçi yerdə “kiçik yaşıl obyekt” görüb və onu götürüb.

Mütəxəssislərin tuncdan olduğunu bildirdikləri üzükdə Roma müdriklik, ticarət, incəsənət və müharibə ilahəsi Minerva təsvir olunub. Yalnız dəbilqə taxaraq bir əlində qalxan, bir əlində nizə tutur. Bu tanrı Qədim Yunan dövründə Afina kimi tanınırdı.

Tədqiqatçılar üzüyün bu fermada yaşayan qadına aid ola biləcəyini bildirirlər. “Yaxud o, karxana işçisindən düşmüş ola bilər və ya yaxınlıqdakı məzarlardan cənazə hədiyyəsi ola bilər. Bir çox fikirlər var".

Səlahiyyətlilərə görə, əsər son Roma dövrünə (eranın ikinci və üçüncü əsrləri arasında) aiddir. Sahibinin kimliyi sirrdir. Bununla belə, Whitesonun üzüyü harada tapdığı barədə bir ipucu ola bilər. Həmin yer qədim karxana, iki dəfn mağarası və Roma dövründən qalma ferma evinin xarabalıqlarının yaxınlığında yerləşir.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et