Bu gün:

Südü nə vaxt içmək daha faydalıdır?


Qidalandırıcı maddələrlə zəngin olan süd kalium, kalsium və D vitamini də daxil olmaqla vacib vitamin və minerallardan ibarətdir. Tərkibindəki yüksək zülal sayəsində əzələlərin böyüməsini və bərpasını dəstəkləyir, dişləri və sümükləri gücləndirir, insanların sağlam çəki saxlamasına kömək edir.

Süd, həmçinin immunitet sistemini gücləndirir, nəmləndirməni artırır və ümumiyyətlə metabolik performansı yaxşılaşdırır.

Ancaq bu içkini içmək üçün ən yaxşı vaxtın hansı olduğunu düşündünüzmü? Səhər və ya gecə süd içmək şəxsin özündən asılı olsa da, hər ikisinin də özünəməxsus faydaları var.

Səhərlər süd içmək enerji səviyyəsini artırır, çünki tərkibində karbohidratlar, zülallar və yağlar var ki, bu da günə başlamaq üçün yaxşı bir enerji mənbəyidir. Həm də çox doyurucu bir içki olduğuna görə gün ərzində iştahı idarə etməyə kömək edir.

Digər tərəfdən, gecələr süd içmək yuxuya kömək edir, çünki tərkibində yuxuya kömək edən amin turşusu olan triptofan var.  Südün tərkibindəki kalsium da mühüm bir rol oynayır ki, bu da yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Tərkibindəki zülal sayəsində gecə süd içmək əzələlərin bərpasına kömək edə bilər, xüsusən də gün ərzində məşq etmisinizsə.  Bir stəkan isti süd sakitləşdirici ola bilər və yatmazdan əvvəl sizin rahatlamağınıza kömək edər. 

Bununla belə, süd  bir çox insan üçün iltihablı olub onları gecə narahat edə bilər.  İltihab məhsulu olduğu üçün bəzi insanların mədəsinə qaz verə bilər.  Südün onlara uyğun olub-olmaması insanın biofərdiliyindən asılıdır.

Mənbə: İndiatimes

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et