Bu gün:

Radioaktiv yod müalicəsi nədir?


Qalxanabənzər vəzi boğazımızın ön hissəsində yerləşən və maddələr mübadiləmizi, böyüməmizi və inkişafımızı idarə edən hormonlar istehsal edən kiçik bir orqandır. Tiroid xəstəlikləri olduqca yaygındır və qalxanabənzər vəz kifayət qədər hormon istehsal etmədikdə (hipotiroidizm) və ya həddindən artıq hormon istehsal etdikdə (hipertiroidizm) baş verə bilər.


Radioaktiv yod terapiyası qalxanabənzər vəzin xərçəngi və bəzi tiroid xəstəliklərinin müalicəsində istifadə edilən nüvə təbabəti üsuludur. Bu müalicədə qalxanabənzər vəz tərəfindən asanlıqla sorulan radioaktiv yod (I-131) izotopu istifadə olunur. Radioaktiv yod qalxanabənzər vəzin hüceyrələrinə daxil olur və radiasiya yayır, bununla da xərçəng hüceyrələrini məhv edir və qalxanabənzər vəzinin hormon istehsalını tənzimləyir.

Radioaktiv yod müalicəsi necə tətbiq olunur?

Radioaktiv yod müalicəsi xəstəxana şəraitində aparılır. Müalicədən əvvəl xəstənin qalxanabənzər vəzinin funksiya testləri aparılır və yod qəbul etmə testi ilə qalxanabənzər vəzinin yod udma qabiliyyəti qiymətləndirilir. Müalicə zamanı xəstə ağızdan radioaktiv yod olan bir kapsul və ya maye qəbul edir. Maddə qalxanabənzər vəz tərəfindən udulduqdan sonra təbii yolla bədəndən xaric edilir.

Müalicə olunan xəstə 1-2 gün nəzarət olunan otaqda istirahət edir. Daha sonra lazımi müayinələr aparılır və xəstə evə buraxılır.

Mənbə: birunihastanesi.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et