Bu gün:

Guillain Barre sindromu nədir?


Guillain Barre Sindromu periferik sinir sisteminə təsir edən, əzələ zəifliyinə, reflekslərin itirilməsinə, bədəndə uyuşma və karıncalanmaya səbəb olan, müvəqqəti iflicə səbəb ola bilən nevroloji xəstəlikdir. Uşaqlıqdan qoca yaşa qədər bütün yaş qruplarında müşahidə olunan otoimmün mənşəli bir xəstəlikdir (insanın immun sistemi öz sinir sisteminə hücum edir).

 

GBS-də immun sisteminin hədəfi periferik sinirlərin miyelin qabığıdır. Xəstələrin əksəriyyətində GBS şikayətlərinin başlamasından 1-4 həftə əvvəl yuxarı tənəffüs yolları və ya mədə-bağırsaq traktının infeksiyası, cərrahi müdaxilə və ya peyvənd kimi bir hadisə olur. Xəstəliyə səbəb olan ən çox yayılmış infeksiya Campylobacter Jejuni infeksiyasıdır.

Xəstəliyin ən çox rast gəlinən forması simmetrik olaraq ayaqlardan qollara, daha sonra üzə, ağız-udlaq əzələlərinə, ağır hallarda isə tənəffüs əzələlərinə doğru başlayan əzələ zəifliyidir. Xəstələrdə müşayiət olunan sensor şikayətlər ümumiyyətlə daha çox fonda olur və uyuşma, bel və ayaq ağrısı şəklində olur. 

Guillian-Barre sindromunun əlamətləri hansılardır?

Guillain-Barre Sindromu, ayaqlardan başlayan, ayaqlara və bədənin yuxarı hissələrinə yayılan zəiflik və hiss pozğunluqları ilə ortaya çıxır. Yorğunluq kimi yüngül simptomlar müşahidə edilərkən, udma çətinliyi, tənəffüs çətinliyi, ciddi əzələ zəifliyi kimi ciddi problemlərlə qarşılaşa bilər. Xəstəliyin simptomları günlər ərzində və təxminən 4 həftəyə qədər mütərəqqi bir kurs göstərə bilər.

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et