Bu gün:

Sənətə niyə ehtiyacımız var?



Sivilizasiyanın nümayəndələri üç təbəqədir: işçilər, alimlər və sənətçilər.


İşçilər dəmir və poladı canlandırır,inki şaf və tərəqqi üçün maddi ilkin şərtləri təmin edirlər. Alimlər təbiəti öyrənir və ikinci xarici təbiət yaradırlar. Sənətkarlar isə insanların daxili aləmini araşdırır, insanların yaxşı və pis tərəflərini göstərirlər. Beləliklə, elm kimi sənət də ikinci təbiət yaradır və insanın daxili təbiətini gözəlləşdirir.

İnsanın psixoloji zəminində mövcud olan bəyənmə və bəyənilmə hissi sənət fəaliyyəti ilə təcəssüm olunur. Deməli, sənət insanın psixoloji strukturunda ehtiyacların ifadəsidir. 

Sənət əsəri insana məxsus estetik məhsul kimi görünsə də, əslində, tarixin dərinliklərindən bu günə qədər milyonlarla insanın iştirak etdiyi bir əməkdaşlıq sistemi mövcuddur. Ona görə də hər bir cəmiyyətdə oxşar hisslər, oxşar əsərlər yarana bilər.

İncəsənət sivilizasiyanın göstəricisidir. Şəhərdə bədii fəaliyyətlər, teatrlar, kitabxanalar və s. şəhərin inkişaf səviyyəsi baxımından mayak sayılır. Xalqlar yetişdirdikləri sənətkarlarla eyniləşirlər. Sənət adamlarının təkcə öz xalqının inkişafında deyil, həm də dünyada tanınmasında rolu var. Dostoyevski, Tolstoy deyəndə Rusiya, Şekspir deyəndə İngiltərə, Sədi deyəndə isə İran yada düşür.


Mənbə: Türkədəbiyyatı 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et