Bu gün:

Uşaqlarda obsessiya "Boş ver" deməklə keçmir


Obsessiya hər 1000 uşaqdan 3-dən 9-a təsir edən xəstəlikdir. Ən çox 7 yaş uşaqlarda görünür. Ancaq ortalama başlanğıc yaşı 10-dur.

Obsesyon qeyri-iradi, ani və ciddi şəkildə narahat edən, təkrarlanan düşüncədir. Uşaq onları Susdurmağa, dayandırmağa və ya başqa bir düşüncə və ya hərəkətlə zərərsizləşdirməyə çalışır. Lakin, uşaq uğur qazana bilmir və buna görə də getdikcə narahat olur.

Hər bir uşaqda zaman-zaman obsesyonlarla qarşılaşmaq mümkündür. Ancaq vəsvəsə uşağın həyat keyfiyyətini və funksionallığını pozacaq həddə çatıbsa, bu psixiatrik bir vəziyyət kimi qəbul edilməlidir.

Uşaqlarda ən çox görülən obsesyonlar bunlardır: 

•Çirklənmə
•Xəstəliyin keçəcəyi düşüncəsi,
•Pis bir şey olacağı düşüncəsi
•Ailədə kiminsə öləcəyindən və ya xəstələnəcəyindən qorxma
•Simmetriya
•Cinsəlliyin daxil olduğu düşüncələr,
•Qadağan edilmiş və ya zorakı düşüncələr 

•Deyilməsi, soruşulması və təsdiq edilməsi gərəkdiyi hiss edilən fikirlər

Bu vəsvəsələrə qarşı uşaqlarda müşahidə olunan davranışlar:
•Tez-tez əllərini yuma
•Hər şeyə nəzarət etmə
•Həddindən artıq nizam və təşkilatçılıq
•Hər şeyi sıralayaraq etmə
•Mənasız saymalar
•Toxunma
•Təkrarlama
•Akkumulyasiya
•Təkrar-təkrar düşünmə

Obsesyon uşaqlarda düşünüldüyündən daha çox rast gəlinir. Ancaq uşaqlar günahlandırılacaqlarından və səhv başa düşüləcəklərindən qorxaraq bunu gizlətməyə meyllidirlər. Valideynlər və ya müəllimlər uşaqlara güvən verici olsalar və uşaqların özlərini onlarla rahat və açıq hiss etmələrini təmin etsələr, uşaqlar öz narahatlıqları haqqında daha rahat danışa bilərlər.

Bəs Uşaqlar Öz Vəsvəsələrini Necə İfadə Edirlər?

Mövzu haqqında danışarkən çox vaxt narahat olurlar. Bu cür düşünmək və davranmaq istəməsələr də, içlərindəki bir səsin onları müəyyən davranış və düşüncələrə yönəltdiyini söyləyirlər. Məsələn, ürəyindən hər hansı bir şeyə söyüş söymək keçməsi, narahatedici cinsi görüntülərin göz önünə gəlməsi, iki dəfə bir şey etməsə pis bir şey olacağı və ya qapını kilidləsə də, kilidləmədiyini düşünüb təkrar-təkrar yoxlamaq məcburiyyətində olması kimi. 

Müalicə Yaxşı bir müalicə planı ilə obsesyon böyük ölçüdə aradan qaldırıla bilər. Əgər obsesyonlar bir və ya bir neçə travmatik hadisədən qaynaqlanırsa, EMDR kimi travmaya istiqamətli müalicələr qısa müddətdə nəticə verə bilər. Valideynlərin rəftar və davranışlarını tənzimləmələri, səbirli olmaları, uşağı günahlandırmadan, mühakimə etmədən ona dəstək olmaları müalicənin uğurunda son dərəcə təsirli olur. Uşaqlara “axmaqlıq etmə, buna görə narahat olma, bu işlərdən əl çək” kimi yanaşmaq onlarda nəinki ajiotajı, narahatlığı artırır, həm də müalicənin uğurunu azaldır.

Dos. DR. Adnan  Çoban  Psixiatr-Psixoterapist

Mənbə: Adnan Coban Klinikası
Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et