Bu gün:

Kalsium çatışmazlığı nələrə səbəb olur?



Kalsium bədən üçün vacib bir mineraldır və sümüklərin, dişlərin, əzələlərin və sinir sisteminin sağlam işləməsi üçün lazımdır. Bununla belə, bir çox insan kifayət qədər kalsium almır, bu da kalsium çatışmazlığına səbəb olur. Kalsium çatışmazlığı orqanizmdə müxtəlif sağlamlıq problemləri yaradır və bu çatışmazlıq vaxtında aşkarlanıb müalicə olunmazsa, ciddi fəsadlara yol aça bilər. Kalsium çatışmazlığı bədən kifayət qədər kalsiumu qəbul etmədikdə və ya udmadıqda meydana gəlir. Kalsium sümüklərin və dişlərin möhkəmliyi üçün həyati əhəmiyyət kəsb edir və əzələ funksiyaları, sinir keçiriciliyi və hormonların salınması kimi bir çox bioloji proseslərdə rol oynayır. Bədənin kalsiumu udmaq və istifadə etmək üçün kifayət qədər miqdarda D vitamini tələb olunur. 

Kalsium çatışmazlığı adətən qidalanma yolu ilə kifayət qədər kalsium qəbul edilməməsi, bağırsaqlarda sorulmanın pozulması və ya D vitamini çatışmazlığı səbəbindən baş verir. Kalsium çatışmazlığı yaşlı insanlarda, postmenopozal qadınlarda və xroniki xəstəlikləri olan insanlarda daha çox rast gəlinir. Bu vəziyyət osteoporoz və osteopeniya kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. 


Kalsium çatışmazlığının simptomları çatışmazlığın şiddətindən və müddətindən asılı olaraq dəyişir. Lakin kalsium çatışmazlığının ən çox görülən simptomları bunlardır:

Əzələ krampları və spazmları: Əzələlərdə ağrılı kramplar və spazmlar kalsium çatışmazlığının ümumi simptomudur. Gecə krampları, xüsusən də ayaqlarda yaygındır. 

Əzələ zəifliyi: Əzələlər zəifləyir və gündəlik işləri yerinə yetirməkdə çətinlik yaranır.

Sinir sistemindəki pozğunluqlar: Sinir sistemi kalsium çatışmazlığından təsirlənir və bu, karıncalanma, uyuşma və hətta yaddaş problemləri kimi nevroloji simptomlarla özünü göstərir.

Sümük Ağrısı və Osteoporoz: Uzun müddətli kalsium çatışmazlığı sümük sıxlığının azalmasına və osteoporoza səbəb olur. Bu, sümüklərin asanlıqla qırılmasına səbəb olur.

Diş Problemləri: Diş çürükləri, diş əti xəstəlikləri və ümumi ağız sağlamlığının pisləşməsi kalsium çatışmazlığından qaynaqlanır.

Dəri və Dırnaq Problemləri: Kalsium çatışmazlığı dəri quruluğu, qaşınma və kövrək dırnaqlar kimi əlamətlərlə özünü göstərir.

Depressiya və Əhval Dəyişiklikləri: Kalsium çatışmazlığı depressiya və narahatlıq kimi əhval dəyişikliyinə səbəb olur.

Yorğunluq və zəiflik: Davamlı yorğunluq, enerji çatışmazlığı və zəiflik də kalsium çatışmazlığının əlamətləri arasındadır.


Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et