
Dənizdə üzən insanlarda bəzi əlamətlər görərək allergiya diaqnozu qoymaq olar. Bu simptomlar nəticəsində xəstələr allergik reaksiya olub-olmadığını asanlıqla anlaya bilər. Semptomlardan xəbəri olmayan insanlar vəziyyəti fərqli qiymətləndirə də bilər. Bu səbəbdən də yanlış məlumatlar ortaya çıxır. Allergiyanın bəzi əlamətləri gündəlik həyatda tez-tez rastlaşdığımız sağlamlıq problemlərinə bənzəyir.
Misal üçün; Bir insanın baş ağrısına dəniz allergiyası və ya miqren səbəb ola bilər. Dəniz allergiyası səbəbiylə qızdırma, günəşə çox məruz qalma ilə qarışdırıla bilər. Allergiya testləri allergiya vəziyyətini anlamağa və insana diaqnoz qoymağa kömək edə bilər. Dənizə və ya birbaşa dəniz suyuna qarşı allergiyası olan insanlarda əlamətlər dənizə məruz qalma səbəbindən yaranır. Bu əlamətlərə əsaslanaraq, allergiya problemlərini anlamaq mümkündür. Dəniz allergiyasının simptomları aşağıdakılardır:
Dəridə qaşınma
Dəridə qızartı və şişkinlik
Baş ağrısı
Yanğın
Dəri qaşınması
Ekzema xəstəliyi
Üz bölgəsi normaldan çox daha istidir
Bu allergiyanı müalicə etmək üçün insan dəniz və dəniz suyundan uzaq olmalıdır. Bundan başqa, tətbiq edilə bilən əlavə üsul yoxdur. Dəniz allergiyası olduğunu düşünən insanlar allergiya testindən keçməlidirlər. Dəniz allergiyası üçün yaxşı olan başqa üsul və qəti bir müalicə yoxdur. Bu allergiya xəstəliyi bəzən öz-özünə yox ola və ya ömür boyu davam edə bilər. Allergiyanın aradan qaldırılması mümkün olmasa da, simptomları yaxşılaşdırmaq mümkündür. İnsanda meydana gələn əlamətlərə uyğun olaraq xəstəyə hansı müalicə üsulunun tətbiq olunacağına qərar verilir. Yüngül simptomları olan insanlar üçün ilk növbədə dərman və losyon müalicəsi tətbiq olunur.
Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova
