Genetikada W (Ağ) geni olaraq təyin olunan geni olan pişiklər tez-tez kar doğulur. Bu, genetik bir vəziyyətdir (Strain GM, 1999).
W geni təəssüf ki, dominant gendir. Buna görə də valideynlərdən biri belə kar olsa, nəslin əksəriyyəti ağ və kar olacaq. Bu səbəbdən ağ pişiklərin yarıdan çoxunda karlıq müşahidə edilir (Delack, 1984). Mavi gözlülərdə bu risk təxminən 65-85%, bir mavi gözlülərdə 40% və mavi gözləri olmayanlarda 20% təşkil edir (Mair 1973, Bergsma and Brown 1971).
Haqqında danışdığımız karlıq həmişə 0% eşitmə olmalıdır. Bəzən eşitmə o qədər aşağı səviyyədə ola bilər ki, hətta elektrodiaqnostik testlər də onu aşkar edə bilmir.
Bəzən kar olmadığı düşünülən pişiklərdə müəyyən miqdarda eşitmə itkisi ola bilər.
İnsanların ağ pişiyi dünyaya gətirmək üçün onları "gözəl", "şirin" və "pambıq kimi yumşaq" görərək süni seleksiya yolu ilə yetişdirmələri çox eqoist bir hərəkətdir.
Bu mövzuda başqa bir məlumat: Ağ pişiklər təbiətdə ağ pişiklərlə xüsusi olaraq cütləşməyə üstünlük vermirlər, belə bir "çiftləşmə qərəzi" və ya cinsi seçim təzyiqi yoxdur.
Başqa sözlə desək, buna tamamilə ağ pişiklərin ağ pişiklərlə cütləşməsini “təmizlik əlaməti” kimi görən insanlar səbəb olur.
Menbə Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
