
Günəş yanığı bədənin dərinin günəşə və ya digər ultrabənövşəyi (UV) şüalarına intensiv məruz qalmasına reaksiyası kimi baş verən bir dəri yanığı növüdür. Xüsusilə, açıq dəri olan fərdləri və uşaqları təsir edən günəş yanığı toxunduqda isti hiss edən ağrılı və iltihablı bir problemdir.
Effektlər günəş yanığına məruz qaldıqdan bir neçə saat sonra görünür. Bu təsirləri minimuma endirmək və günəş yanığının mənfi əlamətlərindən xilas olmaq üçün evdə tətbiq edə biləcəyiniz bəzi üsullar var. Əvvəlcə günəşdən qoruyucu kremi sürtməklə və ya ağrıkəsicilərdən istifadə etməklə təsirləri azaltmaq mümkündür, lakin günəş yanığının tam sağalması günlər çəkə bilər. Müalicə edilmədikdə və ya qarşısı alınmazsa, günəş yanığı dərinin qocalmasına və melanoma kimi tanınan dəri xərçənginə səbəb ola bilər.
Günəş yanığı zamanı nə etmək lazımdır?
Günəş yanığı zamanı yanığı soyuq suyun altında saxlamaq və ya soyuq suda isladılmış dəsmaldan istifadə edərək dərini ağrı azalana qədər sərinlətmək lazımdır. Dəriyə krem və ya aloa vera kimi nəmləndiricilər çəkilməli və yanıqlar səbəbiylə bədəndən susuzlaşmanın qarşısını almaq üçün bol su içilməlidir. Dəri tamamilə sağalana qədər günəşə məruz qalmamaq lazımdır.
Günəş yanıqları üçün gündə bir neçə dəfə 10-15 dəqiqə soyuq kompres tətbiq edilməlidir. Yanıq sahəsinə soyuq suda isladılmış parça və ya dəsmal çəkin. Dərini soyutmağa və yanma nəticəsində yaranan ağrıları aradan qaldırmağa kömək edir. Yanıqlara soyuq kompreslər tətbiq edərkən nəzərə almaq lazımdır ki, buz kimi çox soyuq maddələr dəri ilə birbaşa təmasda olmamalıdır. Başqa bir soyuq kompres üsulu soyuq duş qəbul etməkdir.
Dərini sakitləşdirmək üçün aloa vera kimi losyonlar və nəmləndiricilər tətbiq etmək olar.
Ağrı kəsiciləri və antibiotik məlhəmləri tətbiq edin.
Yanıq nəticəsində yaranan ağrıları aradan qaldırmaq üçün ibuprofen və ya parasetamol kimi ağrıkəsicilərdən istifadə edin. Həmçinin, antibiotik kremi tətbiq etməklə infeksiya riskini azaldın.
Mənbə: memorial.com
Tərcümə etdi: Səmayə Qədirova
