Bu gün:

Niyə özünə güvənmirsən?


Özünə inam həyatda uğurun açarıdır.

Özünə inam insan həyatında böyük rol oynayır. Özümüzə olan inancımız həyatımızın bir çox sahələrində uğur qazanmağa imkan verir, ancaq özünə inam məsələsini başa düşmək həmişə asan olmur. Xüsusən, də kiməsə "Niyə bu qədər özünə inamsızsan?" deyə soruşmaq onun daha pis hiss etməsinə səbəb olacaq. 

Özünə inam nədir və niyə vacibdir?

Özünə inam insanın öz qabiliyyətlərinə və dəyərlərinə inanmasıdır. Özünə güvənən insan çətinliklərlə qarşılaşanda təslim olmur və hər zaman özünə güvənməyi bilir. Bu, biznesdə, sosial münasibətlərdə və şəxsi məqsədlərə çatmaqda böyük üstünlük təmin edir. Ancaq hər kəsin özünə inamı eyni səviyyədə olmaya bilər. Bu vəziyyət insanın həyat təcrübələrinə, ətraf mühit faktorlarına və daxili dünyasına görə dəyişə bilər.

Özünə inam yalnız uğurlarla deyil, həm də uğursuzluqlarla inkişaf edir. İnsanlar səhv etmək, bu səhvlərdən dərs almaq və özlərini təkmilləşdirməklə özlərinə inamı artıra bilərlər. Bu proses hər kəs üçün müxtəlif sürət və formalarda irəliləyir.

"Niyə özünə inamsızsan?" sualı nə mənaya gəlir? 

Birindən: "Niyə bu qədər inamsızsınız ?" soruşduqda bu sualı müxtəlif cür şərh etmək olar. Digər şəxs bu sualı özünü tənqid və ya qeyri-adekvat hiss kimi şərh edə bilər. Bu zaman insan onsuz da özünə inamını itirə bilər.

Bu tip suallar insanın özünə inamını şübhə altına sala və özünü daha da qeyri-adekvat hiss etdirə bilər. Odur ki, bu cür suallar verməkdənsə, qarşı tərəfi dəstəkləmək və arxayınlaşdırmaq daha təsirli olar.

Özünə inamı olmayan birinə yaxınlaşarkən empatiya və anlayış göstərmək çox vacibdir. Onları tənqid etmək və ya mühakimə etmək əvəzinə, dəstəkləyici və həvəsləndirici rəftar lazımdır. Empatiya digər insanın hisslərini başa düşmək və onun nöqteyi-nəzərini anlamağa çalışmaq deməkdir.


Mənbə:evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et