Bu gün:

Hindistanda nadir virusun qurbanları


Hindistanın qərbindəki Qucarat ştatında nadir Çandipura virusundan ən azı 16 ölüm faktı qeydə alınıb, regionun səhiyyə naziri Ruşikeş Patel bildirib.

NDTV televiziyası onun sözlərini sitat gətirib: "Çandipura virusuna yoluxma hallarının üçü başqa ştatlardan gəlib. Bütün ştatda 50 Çandipura virusuna yoluxma halı qeydə alınıb və 16 nəfər həyatını itirib".


Bu həftənin əvvəlində əyalət səlahiyyətliləri 29 yoluxma və bir ölüm hadisəsi olduğunu bildirdi.


Virus ağcaqanad və gənə dişləməsi ilə ötürülür, ilk dəfə 1965-ci ildə Maharaştra əyalətinin Çandipura kəndində ensefalit epidemiyası zamanı təcrid edilmişdir.


Xəstəlik haqqında az şey məlumdur. Buna qarşı xüsusi bir müalicə və ya peyvənd yoxdur. Chandipura virusu qrip və ya kəskin ensefaliti xatırladan simptomlarla qızdırmaya səbəb olur. Çandipura virusunun yayılması Hindistanda vaxtaşırı baş verir, lakin bu xəstəlik heç vaxt ölkədən kənarda qeydə alınmayıb.


Ölüm nisbəti 56% ilə 76% arasında olan virusun yayılması 2003-2004-cü illərdə mərkəzi Hindistanda qeydə alınıb. Virus xüsusilə uşaqlarda öldürücüdür.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et