Hava hücumundan müdafiə qüvvələri Xerson vilayəti üzərində iki ATACMS raketini vurub.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin Krım istiqamətində atdığı iki ATACMS raketini vurub”,-Xerson vilayətinin qubernatoru Vladimir Saldo öz Telegram kanalında bildirib.
"Səhər saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri Xerson vilayəti üzərində səmada iki yüksək dəqiqlikli ATACMS raketini vurub. Düşmən Krıma hücum etməyə cəhd edib. Mərmi parçaları məskunlaşan ərazilərdən uzaq düşüb", - o, deyib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
