Bu gün:

Rusiya qüvvələri KXDR-də iki Ukrayna eşelonunu vurub


Rusiya Silahlı Qüvvələrinin “İsgəndər-M” ekipajları Ukrayna Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasında (DXR) iki hərbi hissəsinə raket zərbəsi endirib, Rusiya Müdafiə Nazirliyi müvafiq görüntüləri yayıb.

Nazirliyin məlumatına görə, zərbə nəticəsində 240-dək hərbi qulluqçu və 60-dan çox texnika məhv edilib.

“İsgəndər-M” operativ-taktiki raket komplekslərinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin 41-ci mexanikləşdirilmiş briqadasının bölmələrinin şəxsi heyəti və hərbi texnikası olan iki hərbi hissəyə (hər biri 20 platforma) qrup raket zərbəsi endirib. Donetsk Xalq Respublikasının Barvenkovo kəndinə endirilən zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 240-a qədər hərbçisi və 60-dan çox hərbi texnika məhv edilib”, - nazirlik bildirib.

Məhv edilmiş texnikaya ABŞ istehsalı olan 14 “MaxxPro” zirehli maşını, Kanada istehsalı olan 10 “Senator” zirehli döyüş maşını, 7 zirehli personal daşıyıcısı, 2 döyüş kəşfiyyat maşını, 5 zirehli bərpa maşını və 20-dən çox yük maşını daxildir.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et