
Gəmini eramızın Yaxın Şərqdə 800-1100-cü illərində vikinqlər tərəfindən icad edilib. Beləliklə, bu icad ilə vikinqlər Avropanın orta əsr ticarətində, siyasətində və müharibəsində hakim qüvvəyə çevrildilər.
Uzun qayığın o dövrdə texnoloji cəhətdən inkişaf etmiş hesab edilməsinin səbəbi avar və ya düzbucaqlı yelkənlərdən istifadə edərək hərəkət etmək qabiliyyətinə malik olmasıdır. Buna görə də üzmək üçün külək olmadıqda, gəmini avarlar ilə hərəkətə gətirmək mümkün idi. Dayaz, hündür bir gəmi, təkcə okeanları deyil, həm də çayları keçmək üçün hazırlanmışdır. Bu, vikinqlərə Yaxın Şərqlə ticarət etmək üçün Şərqi Avropa çaylarını keçməyə imkan verirdi. Vikinqlər həmçinin Şimal Ulduzunun və dənizlərin mövqeyini idarə etməyə kömək etmək üçün günəşi öyrənməkdə öz təcrübələrindən istifadə edirdilər. Vikinqlər tərəfindən qalın bulud və ya dumanda belə günəşin mövqeyini bildirmək üçün istifadə edilən naviqasiya vasitəsi olan günəş daşını təsvir edən hekayələr var. Günəş daşlarının günəşin mövqeyini təyin etmək üçün təbii qütbləşdirici filtrlər kimi fəaliyyət göstərən kristallar olduğuna inanılırdı.
Tərcümə etdi: Zəhra Niftiyeva
Mənbə: 411answers.com
