
Saç tökülməsi bir çox insanın həyatında qarşılaşdığı ümumi problemdir.
Gündə 50-100 tel saç tökülməsi normal sayılsa da, bu miqdarın üzərində tökülmə həddindən artıq saç tökülməsi sayılır.
Qadınlarda həddindən artıq saç tökülməsi müxtəlif sağlamlıq problemlərinin əlaməti olaraq ortaya çıxır.
Hormonal balanssızlıqlar.
Hormonal balanssızlıq qadınlarda həddindən artıq saç tökülməsinin ən çox görülən səbəblərindən biridir. Xüsusilə, polikistik yumurtalıq sindromu (PCOS) hormonal balanssızlığın əsas səbəblərindən biridir. PCOS qadınlarda androgen hormonlarının (kişi hormonları) həddindən artıq istehsalına səbəb olaraq saç tökülməsinə səbəb olur.
Bundan əlavə, qalxanabənzər vəz xəstəlikləri, xüsusilə hipotiroidizm (tiroid hormonlarının az istehsalı) və hipertiroidizm (tiroid hormonlarının həddindən artıq istehsalı) saç tökülməsinə səbəb olur.
Bu şərtlər saç follikullarının düzgün işləməsində maneə törədir və saç tökülməsini artırır.
Dəmir çatışmazlığı anemiyası
Dəmir çatışmazlığı anemiyası qadınlarda həddindən artıq saç tökülməsinin ümumi səbəblərindən biridir. Dəmir saç köklərinin sağlam qalması üçün vacib olan oksigenin daşınmasında mühüm rol oynayır.
Qeyri-kafi dəmir səviyyəsi saç foliküllərinin zəifləməsinə və saç tökülməsinə səbəb olur.
Dəmir çatışmazlığı yorğunluq, halsızlıq və solğun dəri kimi simptomlarla birlikdə saç tökülməsinə səbəb olur.
D vitamini çatışmazlığı
Vitamin D saç böyüməsi və follikulun sağlamlığı üçün vacib bir vitamindir. Qeyri-kafi vitamin D səviyyəsi saç follikullarının dövriyyəsinə təsir edərək saç tökülməsinə səbəb olur.
Günəş işığı D vitaminin yaranmasının əsas mənbəyidir, ancaq qapalı yerlərdə çox vaxt keçirən və ya günəşdən qoruyucu vasitələrdən istifadə edən insanlarda D vitamini çatışmazlığı riski artır.
D vitamini çatışmazlığı saç tökülməsi ilə yanaşı sümük sağlamlığına da mənfi təsir göstərir.
Stress
Stress və narahatlıq qadınlarda saç tökülməsinə səbəb olan mühüm amillərdir. Yüksək stress səviyyələri saç böyümə dövrünü pozur və telogen effluvium adlanan müvəqqəti saç tökülməsinə səbəb olur. Stress nəticəsində yaranan hormonal dəyişikliklər follikulların istirahət mərhələsinə daxil olmasına və tökülməsinə səbəb olur.
Stress idarə üsulları, yoqa, meditasiya və müntəzəm məşq saç tökülməsini azaltmağa kömək edir.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova
