Bu gün:

Saç boyalarının zərərləri


Saç boyası həm kişilər, həm də qadınlar tərəfindən transformasiya üçün istifadə edilən bir məhsuldur. Boz saçları gizlətmək üçün saçlarını boyayan insanlar olduğu halda, ombre və balayaj kimi rəngləmə proseslərinə üstünlük verənlər də az deyil.

Fərqli rəngləri və üslubları sınamaq həyəcanverici və təravətləndirici bir prosesdir. Buna görə saç boyama çox populyardır. Bu dəyişiklik insanın özünü yaxşı hiss etməsinə səbəb olsa da, saç boyalarının və tərkibindəki kimyəvi maddələrin əslində sağlamlığa əks təsirləri var. Bu yan təsirlər təkcə saçlara deyil, bədənə də təsir edə bilər. 

Saç boyaları və onların riskləri

Saç boyaları qalıcılıq dərəcəsinə görə üçə bölünür. Bunlardan birincisi qalıcı boyalardır. Daimi boyalar istifadəçilərin 80%-nin üstünlük verdiyi boyalardır. Saç şaftında daimi kimyəvi dəyişikliklərə səbəb olurlar. Bu boyaları tətbiq etdikdən sonra saç rəngi şampunla silinmir və istiyə davamlıdır. Daimi boyaların tərkibində çoxlu kimyəvi maddələr var. Hidrogen peroksid, parafenilendiamin (PPD) və ammonyak bunlardan bəziləridir. Ammonyak qalıcı boyaların saça nüfuz edə bilməsi üçün istifadə olunur. Ammonyak saç şaftında şişməyə səbəb olur və saç örtüyünü açır. Hidrogen peroksid saçınızın təbii rəngini məhv edir. Qalıcı boyalar saç lifini zədələyir və saç zülallarını zədələyir. Bundan əlavə, saçlarınızı bu cür kimyəvi maddələrlə müalicə etmək saçlarınızın qırılmasına səbəb olur. Yüksək miqdarda ammonyak dərinin qıcıqlanmasına səbəb ola bilər. PPD allergik reaksiyaya səbəb ola bilər. Bu səbəbdən tərkibində PPD olan məhsullara diqqətli olmalısınız. Bundan əlavə, bazarda ammiaksız saç boyaları monoetanolamin adlı kimyəvi maddədən istifadə edir. Bu maddə ammiak kimi eyni təsirə malikdir və saçları zədələyir. Saçların rənglənməsi nəticəsində yaranan zərəri azaltmaq üçün öz saç rənginizə mümkün qədər yaxın olan rəngləri seçməyə çalışın.

Yarı qalıcı saç boyaları təxminən 6-12 yuma üçün saçda qalır. Onların tərkibində ammonyak yoxdur və daha az hidrogen peroksid var. Buna görə də onlar saça qalıcı boyalardan daha az zərər verirlər. Hidrogen peroksid azaldıqca, boya saçdan daha tez çıxarılır. Onlar qalıcı boyalarla müqayisədə daha az zərərli olsalar da, uzun sürmədikləri üçün müntəzəm tətbiqi zərərli ola bilər.

Müvəqqəti saç boyaları yalnız saçın səthinə yapışır və ilk yuyulma ilə tökülür. Onlar tətbiq etmək üçün ən asan boyalardır. Bunlara əlavə olaraq, rəng açanların istifadəsinə də çox üstünlük verilir. Çox ağartma saçların qırılmasına və allergiyaya səbəb ola bilər.

Mənbə: halalles.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et