
Hərəkət edən nəqliyyat vasitəsi ilə səyahət edərkən diqqətimizi kitaba, jurnala və ya telefona yönəltdiyimiz zaman gözlərimiz dayandığımızı hesab edərək məlumatı beynimizə ötürür, ancaq qulaq və hərəkəti ötürən digər orqanlar titrəməni hiss edir. Çətinlik içində olan beynimiz bu vəziyyəti zəhərlənmiş kimi şərh edir. Ona görə də zəhəri bədənimizdən atmaq üçün ürəyimiz bulanır.
Buna görə də səyahət zamanı ürək bulanmasının qarşısını almaq üçün boynumuzu oxumaq əvəzinə oxuduğumuz və ya baxdığımız obyekti üfüq səviyyəsinə qaldıra, saqqız çeynəyə və ya ürək bulanmasına qarşı dərman qəbul edə bilərik. Və ya pəncərədən səyahətdən həzz ala bilərik.
Mənbə: bilim up
Tərcümə etdi: Sevil Azər
