Bu rəng müxtəlifliyinin səbəbi antosiyanin piqmentidir. Antosiyanin sözü çiçək mənasını verən "anthos" və tünd mavi mənasını verən "kyanos" sözlərindən ibarətdir. Onlar bitkilərin rəngli piqmentləri kimi müəyyən edilir və müxtəlif meyvələrdə, tərəvəzlərdə və çiçəklərdə olur.

Bu piqmentlər bitkilərin yarpaqlarının, meyvələrinin və ya çiçəklərinin qırmızı, bənövşəyi, mavi və ya narıncı rənglərini yaradır. Antosiyaninlər bitkilərin böyümə, inkişaf və uyğunlaşma proseslərində mühüm rol oynayır. Bundan əlavə, sağlamlığa təsiri ilə bağlı bir çox elmi araşdırmalar aparılıb. Buna görə də antosiyaninlərlə zəngin olan bəzi qidaları istehlak etmək vacibdir.
Bitkilərdə antosiyaninlərin rolu:
Antosiyaninlər hüceyrələrə zərər verən sərbəst radikalların təsirlərini azalta bilər: Antosiyaninlər bitkilərdə güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu piqmentlər sərbəst radikalların bitki hüceyrələrində zərərli təsirlərini azaltmaqla oksidləşdirici stressin qarşısını alır. Sərbəst radikallar hüceyrələrə zərər verə bilən reaktiv molekullardır. Antosiyaninlər bitkiləri sərbəst radikalların yaratdığı oksidləşdirici zərərdən qorumağa kömək edir. Antosiyaninlər bitkiləri UV şüalarından qoruya bilər: Antosiyaninlər bitkiləri ultrabənövşəyi şüalardan qoruyur. Günəş işığında zərərli ultrabənövşəyi şüalar bitki toxumalarında DNT zədələnməsinə və oksidləşdirici stressə səbəb ola bilər, lakin antosiyaninlər bu zərərli təsirləri azaltmaqla bitkini qorumağa kömək edir. Bununla birlikdə, antosiyaninlərin sabitlik, rəng intensivliyi və tətbiqi kimi amillər sənaye tətbiqlərində nəzərə alınmalı olan problemlərdir. Buna görə də, antosiyaninlərin sənaye istifadəsi ilə bağlı davamlı tədqiqat və inkişaf davam edir.
Nəticə olaraq, araşdırmalar göstərir ki, antosiyaninlər sağlamlığa müsbət təsir göstərir. Bu müsbət təsirlərə görə onların sənaye istifadəsi olduqca yayğındır.
Mənbə: BilimUP
Tərcümə etdi: Günay Məmmədova
