Bu gün:

Qarpız qabığının faydaları nələrdir?



Qarpız qabığının faydalarına görə ləzzətlə istifadə edilən bir meyvə kimi önə çıxır. Yay aylarının tez-tez istifadə edilən meyvələrindən biri olan qarpız təkcə dadına görə deyil, faydalarına görə də sevdiyiniz meyvələrdən biri ola bilər.

İlin müəyyən vaxtlarında əldə edilə bilən bir qida olan qarpız qabığını istifadə etmək orqanizmə müxtəlif müsbət təsirlər göstərə bilər. Tərkibindəki yüksək maye sayəsində isti aylarda özünüzü gümrah hiss etməyə kömək edir və eyni zamanda antioksidant rolunu oynayır. Qarpızın daxili hissəsi, ümumiyyətlə, istifadə edilsə də, qabığının da sağlamlığa əhəmiyyətli faydaları var. Onun qabığı birbaşa yeyilə bilər və ya üyüdülərək içki halında da istifadə oluna bilər. 

Qarpız qabığının orqanizmə hansı müsbət təsirləri var?

Qarpız qabığının faydaları nizamlı və düzgün istifadə nəticəsində aydın olur.

• Qarpız qabığı qan dövranını sürətləndirir və buna görə də ürək sağlamlığına müsbət təsir göstərir.

• Qarpız qabığı və tumunun tərkibindəki sitrulin dəyəri qan axını tənzimləyir və xüsusilə ürək çatışmazlığı ilə mübarizə aparan insanlara kömək edir.

• Qarpız qabığının tərkibində olan kalium səviyyəsi böyrəklərin nizamlı işləməsini təmin edir.

• Əksəriyyəti sudan ibarət olan qarpızın qabığı arıqlama prosesini daha praktik edir.

• Qarpız qabığının tərkibindəki C vitamini xüsusilə qış aylarında arzuolunmaz qrip və soyuqdəymə xəstəlikləri ilə effektiv mübarizə aparmağa kömək edir.

• Tərkibindəki antioksidant xüsusiyyətləri sayəsində qarpız qabığını istifadə etmək yaşlanma əlamətlərinin də görünməsinin qarşısını alır.

• Yüksək qan təzyiqi problemi olan insanlarda təzyiqi aşağı salmaqda təsirlidir.

• Qarpız qabığındakı lif tərkibi bağırsaq sisteminizi tənzimləməyə kömək edir.

Qarpız qabığının faydaları arasında dəriyə müsbət təsirləri diqqəti çəkir. Təbii maddələrdən ibarət olan qarpız qabığı zamanla dəri baryerini daha da gücləndirir. Nəmləndirici xüsusiyyətlərə malik olan bu qida qaynağı, müntəzəm istifadə nəticəsində dərinizə ehtiyac duyduğu nəmi təmin edir.


Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et