Göz təzyiqinin əlamətləri hansılardır?

Göz sağlamlığı ümumi sağlamlığımızın vacib hissəsidir. Oküler hipertansiyon, gözün daxili təzyiqinin normadan yüksək olduğu bir vəziyyətdir.
Bu, görmə itkisi və hətta korluq kimi ciddi nəticələrə səbəb ola biləcəyi üçün diqqət tələb edən bir sağlamlıq problemidir.
Göz təzyiqi çətin xəstəlik kimi tanınır, çünki adətən aşkar simptomlar göstərmir.
Göz təzyiqi nədir?
Tibbdə "okulyar hipertenziya" kimi tanınan göz təzyiqi, gözün içindəki mayenin (sulu yumor) normal təzyiqdən yüksək olduğu bir vəziyyətdir.
Göz içi təzyiqi gözün ön hissəsində mayenin istehsalı və drenajı arasındakı balansdan asılıdır. Normalda bu maye gözün içindəki kanallardan axır. Ancaq bu kanallar tıxandıqda və ya maye istehsalı artdıqda, göz içi təzyiqi yüksəlir. Yüksək göz içi təzyiqi optik siniri zədələyir və qlaukoma adlı ciddi göz xəstəliyinə səbəb olur. Qlaukoma zamanla görmə itkisinə və korluğa səbəb ola biləcək bir vəziyyətdir.
Göz təzyiqinin səbəbi nədir?
Göz təzyiqinin artmasına səbəb olan bir çox amillər var. Bu amillər çox vaxt gözdaxili mayenin istehsalı və drenajı arasındakı balanssızlıqdan qaynaqlanır. Göz təzyiqinin əsas səbəbləri bunlardır:
•Genetik faktorlar: Bu, ailədə qlaukoma və ya yüksək göz təzyiqi olan insanlarda baş verə bilər.
•Yaş: Göz təzyiqi yaşla artmağa meyllidir. Risk xüsusilə 40 yaşdan yuxarı insanlarda artır.
•Yaralanmalar: Gözün zədələnməsi göz içi təzyiqinin artmasına səbəb olur.
•Dərmanlar: Bəzi dərmanlar, məsələn, kortikosteroidlər, uzun müddətli istifadə ilə göz təzyiqini artırır.
•Digər Göz Xəstəlikləri: İrit və ya tor qişa dekolmanı kimi digər göz xəstəlikləri göz içi təzyiqinə təsir göstərir.
•Sağlamlıq şərtləri: Yüksək qan təzyiqi, diabet və ürək xəstəlikləri kimi sistemli sağlamlıq problemləri də göz təzyiqinə təsir göstərir.
Bütün bu amillər göz içi təzyiqinin artmasına səbəb olur, optik sinirə təzyiq göstərir və zamanla sinirin zədələnməsinə gətirib çıxarır.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
