Xarici qulaq infeksiyası və ya xarici otit, qulaq pərdəsi ilə qulaq pərdəsi arasındakı boru olan xarici qulaq kanalının iltihabıdır. Tez-tez "üzgüçü qulağı" adlandırılır, çünki dəfələrlə suya məruz qalmaq qulaq kanalını iltihaba qarşı daha həssas edir.
Xarici qulaq infeksiyasının əlamətləri hansılardır?

Xarici qulaq infeksiyasının simptomları əvvəlcə yüngül olur. Lakin infeksiya müalicə olunmazsa və ya başqa nahiyələrə yayılarsa, daha ciddi simptomlar yarana bilər.Xəstəliyin dərəcəsinə görə ümumiyyətlə yüngül, orta və irəli mərhələlərə bölünür.
Xarici qulaq kanalında qaşınma
Yüngül qızartı
Qulaq dibinin çəkilməsi ilə artan narahatlıq hissi
Qulaqdan şəffaf, qoxusuz axıntı
Orta mərhələdə:
•Qulaq kanalında daha sıx qaşınma
•Artan ağrı
•Daha sıx qızartı
•Qulaqdan həddindən artıq axıntı
•İrin axıdılması
•Xarici eşitmə kanalında şişkinlik səbəbiylə qulaqda dolğunluq hissi
•Qulaqda tıxanma
•Eşitmənin azalması
İrəli mərhələdə:
•Üz, boyun və ya qulaq ətrafına yayılan şiddətli ağrı
•Qulaq kanalının tam tıxanması
•Xarici qulaqda qızartı və ya şişkinlik
•Boyundakı limfa düyünlərində şişkinlik
•Yanğın
Xarici qulaq infeksiyasının bir və ya daha çox simptomu olan şəxslər, simptomlar yüngül olsa belə, mütləq bir tibb işçisi ilə məsləhətləşməlidirlər. Çünki iltihab irəlilədikcə ətrafdakı toxumalara yayılaraq daha ciddi və müalicəsi çətin olan xəstəliyə çevrilə bilər. Şiddətli qulaq ağrısı və qızdırma varsa, dərhal tibbi yardım axtarmaq lazımdır. Xarici otitin yaranmasına səbəb olan əsas amil nəmin məruz qalmasıdır. Üzgüçülük, çox tez-tez çimmək və ya çox tez-tez duş almaq xarici qulaq infeksiyasına səbəb ola bilər.Qulaq kanalında qalan su bakteriyaların böyüməsi üçün uyğun bir mühit yaradır.Xarici otit ən çox infeksiyalar səbəbindən inkişaf edir.İnfeksiyalara bəzən göbələklər və ya viruslar səbəb olsa da, ən çox suda və ya torpaqda olan bakteriyalar səbəb olur.Bununla belə, infeksiyalardan başqa, müxtəlif qeyri-yoluxucu sistemli və ya yerli dəri xəstəlikləri ilə də əlaqəli ola bilər.Xarici qulaq infeksiyasının ən çox görülən səbəbləri aşağıdakılardır:
Qulaq kanalını əhatə edən nazik dəri təbəqəsi müxtəlif amillərlə zədələnirsə, infeksiya baş verə bilər. Güclü cızma, qulaqcıqdan istifadə və ya qulağı pambıq çubuqla təmizləmək kimi davranışlar bu zərif dəriyə zərər verə bilər.Qulaqda əmələ gələn qulaq kiri asidik bir quruluşa malik olduğundan, orada meydana gələ biləcək infeksiyalara qarşı bədənin təbii müdafiə mexanizmi kimi fəaliyyət göstərir. Bununla belə, daim nəm və cızıqlara məruz qaldıqda, qulaq kiri istehlak edilir və qulaqlar infeksiyaya həssas olur.
Mənbə: Medical park
Tərcümə etdi: Aynur Mikayılova
