
Dondurma süd, şəkər, qlükoza siropu, salep, süd yağı, vanil, meyvə püresi, müxtəlif qoz-fındıq, şokolad və ya kakaodan hazırlanan qida dəyəri yüksək olan desertdir. Dondurmanın tərkibində: karbohidrat, zülal, kalsium, fosfor, dəmir, sink, maqnezium, natrium, kalium, A, B, C, D və E vitaminləri var. Dondurma bütün fəsillərdə istehlak edilə bilər, zəngin qida tərkibinə görə eyni miqdarda süddən daha yüksək enerji, vitamin və mineral mənbəyidir. Dondurma bütün fəsillərdə istehlak edilə bildiyi üçün süd, qatıq, pendir kimi qidaları sevməyənlər üçün yaxşı seçimdir. Ancaq dondurma üçün deyilə biləcək üstünlüklər biri də çox yüngül olmasıdır.
Dondurma istehlak edərkən nələrə diqqət edilməlidir?
Sağlamlıq və gigiyena qaydalarına uyğun hazırlanmalıdır. Süd mikroorqanizmlərin inkişafı üçün çox yaxşı bir mühit təmin etdiyi üçün çox asanlıqla xarab ola bilər. Bu səbəbdən xüsusilə dondurma hazırlanarkən pasterizə edilməli və mikroorqanizmlərlə təması qarşısı alınmalıdır. İstehsal zamanı qida məhsulları qaydalarına uyğun gələn qatqı və rəngləndiricilərdən istifadə edilməsi, müvafiq qablaşdırma və etiketləmənin olması, istehsaldan sonra soyuq zəncirinə uyğun paylanması vacibdir. Dondurma istehlak edərkən bu şərtlərin yerinə yetirilməsinə diqqət yetirilməlidir.Küçədə açıq şəkildə satılan dondurmalar istehlak edilməməli və etibarlı yerlərdən alınmalıdır.Etibar edə biləcəyiniz, tez-tez satılan və qablaşdırılan məhsulları seçin. Eyni zamanda, qablaşdırmanın səliqəli və bütöv olmasına diqqət yetirilməlidir.
Dondurma istehlak edərkən son istifadə tarixini mütləq yoxlamalısınız. Dondurmanın tərkibində buz kristallarının olması onun qaydalara uyğun hazırlanmadığının göstəricisidir. Dondurmanın tərkibindəki kiçik buz hissəcikləri boğaz toxumasını qaşıyaraq infeksiya riskini artırır. Dondurma ac qarına istehlak edilməməlidir. Yeməkdən sonra dondurma istehlak etmək iştahsızlığın və mədədə narahatlıq riskinin qarşısını alır.
Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova
