
Diş ətinin şişməsi ağız sağlamlığı problemlərinin ümumi simptomudur və diş əti xəstəliyinin əlamətidir. Ancaq diş ətinin şişməsinin altında yatan bir çox müxtəlif səbəblər və xəstəliklər var.
Gingivit: Diş ətinin şişməsinin ən çox görülən səbəblərindən biri diş əti iltihabıdır. Gingivit adətən lövhənin yığılması nəticəsində yaranır. Lövhə dişlər üzərində yığılan bakteriyaların əmələ gətirdiyi yapışqan təbəqədir. Lövhə müntəzəm olaraq çıxarılmazsa, diş ətində iltihaba səbəb olur, şişlik, qızartı və qanaxma kimi əlamətlərə səbəb olur.
Periodontit: Əgər gingivit müalicə olunmazsa, periodontitə çevrilə bilər. Periodontit diş əti iltihabının dişləri dəstəkləyən sümük və digər toxumalara yayılmasıdır. Bu, diş əti resessiyasına, diş itkisinə və ciddi ağız sağlamlığı problemlərinə səbəb olur. Diş ətinin şişməsi periodontitin ilkin əlamətlərindən biridir.
Ağız içi zədələr: Diş ətinin şişməsi ağız içərisində fiziki xəsarətlər nəticəsində meydana gəlir. Kəskin qidalar, yanlış fırçalama texnikası və ya breket kimi cihazlar diş ətlərinə zərər verir və diş ətinin şişməsinə səbəb olur.
Diş absesi: Diş absesi dişin kökündə və ya diş əti xəttində meydana gələn infeksiyadır. Abseslər bakterial infeksiyalar nəticəsində əmələ gəlir və çox vaxt şiddətli ağrı, şişlik və iltihab ilə xarakterizə olunur. Müalicə edilmədikdə infeksiya yayılır və ciddi sağlamlıq problemlərinə səbəb olur.
Hormonal Dəyişikliklər: Xüsusilə qadınlarda hormonal dəyişikliklər diş ətinin şişməsinə səbəb olur. Hamiləlik, menstruasiya dövrü, menopoz və doğuşa nəzarət həbləri kimi hormonal dalğalanmalar diş ətlərini daha həssas edir, şişlik və iltihaba səbəb olur.
Qidalanma Əskiklikləri: Vitamin və mineral əskiklikləri, xüsusilə C vitamini əskikliyi diş əti sağlamlığını mənfi təsir edir. Skorbüt kimi xəstəliklər diş əti şişməsi, qanaxma və diş itkisi kimi əlamətlərə səbəb olur.
Stress və İmmunitet Sistemi Problemləri: Stress immunitet sistemini zəiflədir və diş əti xəstəliklərinə qarşı bədənin müqavimətini azaldır. Diş əti xəstəlikləri daha çox immunitet sistemi problemi olan şəxslərdə rast gəlinir.
Siqaret çəkmək: Siqaret diş əti sağlamlığına mənfi təsir edən əhəmiyyətli bir faktordur. Siqaret diş ətinə qan axını azaldır, sağalmanı çətinləşdirir və infeksiya riskini artırır.
Diş sağlamlığına etinasızlıq: Daimi fırçalama və diş ipi diş əti xəstəliklərinin qarşısının alınmasında kritik əhəmiyyətə malikdir. Ağız gigiyenasına məhəl qoymamaq, diş ətinin iltihabına səbəb olan lövhə və diş daşının yığılmasına səbəb olur. Diş ətinin şişməsinin müalicəsi əsas səbəbdən asılı olaraq dəyişir. Diş ətinin şişməməsi üçün ən çox görülən müalicə üsulları bunlardır:
Diş Gigiyenasına Diqqət: Diş ətinin şişməsinin qarşısının alınması və müalicəsi üçün müntəzəm diş fırçalama və diş ipi istifadə etmək vacibdir. Gündə ən az iki dəfə fırçalamaq və diş ipi istifadə etmək, lövhə yığılmasını azaldaraq diş ətinin sağlamlığını qoruyur.
Diş həkimini ziyarət edin: Əgər diş ətinizdə şişlik varsa, diş həkiminə müraciət etmək vacibdir. Diş həkiminiz diş əti iltihabının səbəbini təyin edəcək və müvafiq müalicə üsulunu tövsiyə edəcək. Dişlərin peşəkar təmizlənməsi lövhə və diş daşı yığılmasını aradan qaldıraraq diş ətinin sağlamlığını yaxşılaşdırır.
Antibiotiklər və Dərmanlar: Bakterial infeksiyalar nəticəsində diş ətinin şişməsi halında diş həkiminiz antibiotiklər və ya digər dərmanlar təyin edəcək. Bu dərmanlar iltihabı azaldır, infeksiyaya nəzarət edir.
Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova
