Bu gün:

Bayat çaydan zəhərlənmənin əlamətləri hansılardır?


Bayat çay zəhərlənməsi qida zəhərlənməsi kateqoriyasına aiddir. Çayın səhv saxlanması ilə bayatlaşa bildiyi halda, düzgün dəmlənilməməsi və dəmlənmiş çayın uzun müddət istifadə edilməsi də insan sağlamlığını təhdid edən hallar sırasındadır.


Gün ərzində bir dəfə dəmlənmiş çaydan istifadə etmək də insanlarda zəhərlənməyə səbəb ola bilər.

Məlum olduğu kimi mədəniyyətimizdə çay tükədilməsi çox mühüm yeri vardır.

Səhər yeməyinin əvəzolunmazı olan çay gün ərzində, yorğunluğu atmaq, xoş söhbətlərə yoldaşlıq etmək, günorta qəlyanaltısı kimi və xüsusilə axşam yeməyindən sonra içilir.

Sevə-sevə istifadə edilən çay yanlış şəraitdə saxlandıqda zəhərlənməyə səbəb ola bilər.

Çaydan zəhərlənmə halları olduqca yaygındır. Xüsusilə, bayat çay istifadə etməyə davam etmək sağlamlıq problemini çağırır.

Bayat çaydan zəhərlənmə, insan ilk dəfə şiddətli ürəkbulanma keçirdikdə diaqnoz edilə bilər. Bayat çaydan çox istifadə etmək insanda qusmağa səbəb olur və buna görə də özünü yorğun və halsız hiss edir. Belə hallarda simptomların şiddətindən asılı olaraq ən yaxın tibb müəssisəsinə müraciət etmək çox vacibdir.

Əslində, qusmanın şiddətindən asılı olaraq bədəndəki maye balansı xeyli sarsılacaq. Bu, insanın bədəninin susuz qalmasına və digər sağlamlıq problemlərinə səbəb olacaqdır.


Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et