Bu gün:

Makron baş nazir Attalın istefasını qəbul edib


Yelisey Sarayından verilən açıqlamaya görə, Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın istefasını qəbul edib.

O, həmçinin hazırkı hökumətə yeni kabinet formalaşana qədər mövcud problemləri həll etməyi tapşırıb.


Attal prezident intibah partiyası onu parlament fraksiyasının rəhbəri seçdikdən sonra istefa verib.


Milli assambleyada ən çox yer qazanan solçu Yeni Xalq Cəbhəsi alyansı ölkənin baş naziri vəzifəsinə namizədlə bağlı hələ də konsensusa gələ bilməyib. Fransa Kommunist Partiyasının lideri Fabien Russelin sözlərinə görə, namizəd bir neçə gün ərzində irəli sürüləcək: "Əgər yaxın günlərdə konsensusa gələ bilməsək, bu, əsl fəlakət və seçicilərə hörmətsizlik olacaq".

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et