
Niyə gülməli video və ya başqa bir şey hər kəsə gülməli görünmür? Cəmiyyətdə olmaq yumor duyğumuza necə təsir edir?
Nə üçün gülməli gördüyümüz şeylər onları gülməli edir?
Bu sualın cavabı göründüyündən qat-qat mürəkkəbdir. Bir çox alim və filosoflar nəyə görə gülməli bir şey tapdığımıza cavab tapmaq üçün müxtəlif perspektivlərdən onlarla nəzəriyyə irəli sürmüşlər.
Platon, Aristotel, Hobbes, Dekart və Bodler kimi filosoflar tərəfindən dəstəklənən bu nəzəriyyələrdən ən qədimi odur ki, başqalarından üstün hiss etmək bizi əyləndirir, ona görə də, biz özümüzdən aşağı olanların söylədiyi və etdiklərini tapmağa meyilli oluruq.
Hurley və həmkarları 2011-ci ildə nəşr etdikləri Inside Jokes kitabında yumorun insanların kədərli, stresli və çaşqın vəziyyətlər qarşısında doğru ilə yanlış, zərərsizdən zərərlini ayırd edərək sağ qaldıqlarına görə ağıllarını mükafatlandırmaq üçün inkişaf etdirdikləri təkamül uyğunlaşması olduğunu iddia etdilər.
Bu sətirlər Berqsondan:
"Gülməli olan təbiətdə deyil, insanlardadır. İnsan bədəninin müxtəlif situasiyaları, jestləri və hərəkətləri bizə bu bədəni sadə bir maşın kimi düşünməyə vadar edəcək dərəcədə gülüncdür. Ona görə də bərk olan yerdə bunu edən həyatın daxili yumşaqlığına sığmayan, maskalanmış bir cəmiyyət var, gülməli bir mahiyyətdən".
Mənbə: evrimagaci.com
Tərcümə etdi: Səmayə Qədirova
