Gözlərimiz qarşımızda dünyanın möhtəşəm mənzərəsini açır. Rənglərin rəqsi, formaların oyunu və detalların sehri görmə duyğumuz vasitəsilə həyatımıza rəng qatır.
Ancaq bəzən bu möhtəşəm mənzərə görmə itkisi ilə mürəkkəb və qeyri-real bir ziyafətə çevrilə bilər.

İstəyirsinizsə, vizual labirintdə itmiş kimi hiss edən və reallıqlarının öhdəsindən gəlməkdə çətinlik çəkənlərin qarşılaşdığı bu qəribə vəziyyətlə Çarlz Bonnet Sindromu (CBS) ilə tanış olaq.
Çarlz Bonnet sindromu əsasən görmə sahəsinin itməsi və ya görmə itiliyinin itirilməsi ilə üzləşən insanlarda baş verən tibbi vəziyyətdir. Yəni gözümüzdəki bəzi problemlər nəticəsində yaranır. Bu sindromun səbəbləri görmə yolunda, optik sinirdə, beyində və ya gözlərdə digər problemlər ola bilər və göz sağlamlığımızla bağlıdır.
Çarlz Bonnet sindromu tez-tez görmə sahəsinin itirilməsi və ya görmə kəskinliyinin itməsi ilə əlaqələndirilir. Bu, insanın real dünyanı aydın görə bilməməsinə səbəb ola bilər. Əksər hallarda Çarlz Bonnet Sindromunu yaşayan insanlar zehni pozğunluqla qarşılaşmırlar. Bu, hallüsinasiyalara baxmayaraq, insanın idrak qabiliyyətinin qorunub saxlanıldığını göstərir.
Çarlz Bonnet sindromunda halüsinasiyalar çox vaxt insanın nəzarətindən kənarda baş verir və fərdin bu təcrübələri yönləndirmək və ya dayandırmaq qabiliyyəti məhduddur.
Mənbə: hiwellap.com
Tərcümə etdi: Səmayə Qədirova
