Bu gün:

Termal qaynağ nədir?


Termal qaynağ nədir?

Termal qaynaq üçün dəmir və ya poladın daimi birləşməsi məqsədilə ərimiş metaldan istifadə edilir. Termit 25 faiz toz alüminium və 75 faiz dəmir oksiddən ibarətdir. Maqnezium məftil qoruyucusu termiti alovlandırdıqda kimyəvi reaksiya yaradaraq termit qaynaqlanır. Reaksiya o qədər güclüdür ki, saniyələr ərzində 5000 dərəcə Fahrenheitə qədər temperatura səbəb ola bilər. Termit əriyir və bir qəlibə dökülür. Onun istiliyi metalları əridir və birləşdirir. Bu qaynaq üsulu tez-tez dəmir yolu və ya gəmi pervaneleri kimi böyük metal parçaları birləşdirmək üçün istifadə olunur. Termit qaynağı 1890-cı illərdə alman kimyaçısı Hans Goldschmidt tərəfindən hazırlanmışdır.

Tərcümə etdi: Zəhra Niftiyeva

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et