Mikroblar səthlərdə nə qədər yaşayır?

Soyuqdəymə və qrip kimi bəzi viruslar açıq havada bir həftəyə qədər yaşaya bilər. Mikrobların bədəndən kənarda yaşama müddəti ətraf mühitdən və mikrobun xüsusiyyətlərindən asılıdır.
Bakteriya kimi bəzi mikroblar evin ətrafındakı səthləri böyüyə və koloniyalaşdıra bilər. Escherichia coli (E. coli) otaq temperaturunda inkişaf edən bir mikrob nümunəsidir. Staphylococcus aureus kimi bəzi mikroblar çox nəm tələb etmədikləri üçün bir neçə həftə yaşaya bilirlər. Mikrobların çoxu ölsə də, nəmə, havanın temperaturuna və qidaya lazımi məruz qalma onların yenidən aktivləşməsinə imkan verənə qədər aylar və hətta illər ərzində hərəkətsiz vəziyyətdə qala bilərlər.
Tərcümə etdi: Zəhra Niftiyeva
Mənbə: 411answers.com
