
Susamın faydaları tərkibindəki zülal, vitaminlər, antioksidantlar və yağ turşuları sayəsində görünür. Qədim dövrlərdən sağlamlığa faydalarına görə yetişdirilmiş və istifadə edilmişdir. Xolesterolu azaltmaq, diabetin müalicəsi və infeksiyaları sağaltmaq kimi müxtəlif sahələrdə təsirləri var. Küncütdən təmizlik, kosmetika və tibb kimi müxtəlif sahələrdə, eləcə də qida sənayesində istifadə oluna bilər. Toxumlar işlənməmiş formada, küncüt yağı və ya tahin kimi formalarda istifadə edilə bilər. Susamın faydaları ümumiyyətlə tərkibindəki fitosterollar və lignanlar sayəsində baş verir.
Küncütün bəzi faydalarını aşağıdakı kimi sadalamaq olar:
Lif baxımından çox zəngindir. Küncütün mədə üçün faydaları arasında həzm problemlərini aradan qaldırmağa kömək etməsidir. Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edən küncüt həm də otoimmün xəstəliklərin əlamətlərini aradan qaldırmağa kömək edir. Liqnanlar və fitostreollar sayəsində xolesterolu azaltmağa kömək edir. Susam doymamış yağ turşuları ilə zəngindir. Doymamış yağların ürək sağlamlığına müsbət təsiri müxtəlif araşdırmalarda müəyyən edilmişdir.
Sesamin kimi polifenol birləşmələri sayəsində bədəndəki iltihabı azaltmaqda rol oynayır. O, romatoid artrit kimi iltihabla əlaqəli xəstəliklərin simptomlarını aradan qaldıra bilər. Tərkibindəki yağ turşuları, liqnan və lif tərkibi sayəsində yüksək təzyiq problemi olan xəstələrdə təzyiqi nəzarət altında saxlamaqda təsirli olur.
İmmunitet sistemini gücləndirərək yeni qan hüceyrələrinin meydana gəlməsini dəstəkləyir.Bədəndə əmələ gələn antikorları təşviq edir. Müntəzəm olaraq istehlak edildikdə, susam diabet xəstələrində qan şəkərini normal səviyyədə saxlamağa kömək edir. Susam toxumlarında tapılan sesamol; Antimutagen və antioksidan xüsusiyyətlərə malikdir. Bu yolla bədən hüceyrələrinin mutasiyaya uğramasının qarşısını alır və zədələnmiş hüceyrələrin məhv olmasını təmin edə bilir. Bu xüsusiyyətləri ilə xərçəngə qarşı qoruyucu təsiri olduğu düşünülür.
Hepatotoksik təsiri ilə qaraciyərin düzgün işləməsini dəstəkləyir və zədələnmələrə qarşı qoruyucu təsir göstərir. B vitamini ilə zəngindir. Bədəndə həyata keçirilən fizioloji fəaliyyətləri düzgün saxlamağa kömək edir. Kalsiumun az istehlakı sümüklərin daha kövrək və zəif olmasına səbəb ola bilər. Küncüt tərkibindəki kalsiumla orqanizmin ehtiyac duyduğu kalsiumu qarşılamağa kömək edir. Küncüt yağı, bir çox insanın sağlamlıq üçün etdiyi yağ çəkmədə istifadə edilə bilər. Antibakterial xüsusiyyətləri ilə diş sağlamlığına fayda verə bilər.
Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova
