Young Thug-a qarşı uzun müddətdir davam edən reket məhkəməsinə nəzarət edən hakim vəzifəsindən kənarlaşdırılıb.
Atlantalı reperin ittihamları bu ayın əvvəlində onun və müttəhim Deamonte Kendrickin vəkilləri qanunsuz davranış iddialarına görə hakimdən imtina edilməsini xahiş etdikdən sonra dayandırılıb.
Onların vəkilləri Fulton County Ali Məhkəməsinin hakimi Ural Glanville-i iyunun 10-da prokurorlar və əsas şahidlə təkbətək görüşən zaman "naqlsız" görüş keçirməkdə ittiham ediblər.
Glanville görüşün düzgün olduğunu iddia etdi və nəticədə heç kimin taktiki üstünlük əldə etmədiyini iddia etdi, lakin hakim Rachel Krause görüşün keçirilməsinə görə onu günahlandırmasa da, o, məhkəmə katibinə işi başqa bir hakimə təyin etməyi əmr etdi.
Rolling Stone-un məlumatına görə, indi buna hakim Şükürə İnqram nəzarət edəcək.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova