Bu gün:

Hipnoz haqqında hər şey


Müasir təbabətə alternativ olaraq hazırlanmış və yüz illərdir istifadə edilən bir çox müalicə üsulları var. Bu tətbiqlərdən biri də hipnoz üsuludur.

Bu sahənin mütəxəssisləri tərəfindən uyğun hesab edilən insanlara edilməlidir. XVIII əsrdən bəri istifadə edilən hipnoz birdən çox üsuldan istifadə etməklə əldə edilə bilər. Beləliklə, hipnoz nədir, hipnozun hansı növləri var?Əsrlər boyu istifadə edilən bir çox alternativ tibb üsulları var. İnsanlar müxtəlif xəstəliklərə görə bu üsullara müraciət edə bilərlər. Hipnoterapiya müxtəlif üsullardan birini istifadə edərək xəstənin hipnoz edilməsini nəzərdə tutan alternativ müalicə üsuludur. İnsanın güvəndiyi bir mütəxəssis tərəfindən edilməsi son dərəcə vacibdir. Bütün müalicə üsullarında olduğu kimi, hipnozun da bəzi mümkün yan təsirləri ola bilər. Bu vəziyyət şəxsin konstitusiyasına görə dəyişə bilər. Hər hansı bir yan təsir ehtimalını nəzərə alaraq, mütəxəssis həkimin icazəsi və ya göstərişi olmadan istifadə edilməməsi lazım olan alternativ tibb təcrübəsidir.Hipnoz necə edilir?


Hipnozun nə demək olduğu sualına ümumiyyətlə “yuxuya qoyulma vəziyyəti” kimi cavab verilir, lakin ekspertlər müştərinin yuxuya getmədiyini, əksinə, məqsədyönlü hipnoza səbəb olacaq konsentrasiyanı təmin etmək olduğunu bildirir beş fərqli şəkildə yerinə yetirilə bilən bir məşqdir. Hipnoz mükafat üsulları, inandırma metodu, texniki hipnoz üsulu, mexaniki təsir və ya dərman vasitəsi ilə həyata keçirilə bilər.Psixoterapiya sahəsində təhsil almış və bu sahədə mütəxəssis olan insanlar hipnoz tətbiq edə bilərlər. Ancaq tətbiq olunacaq şəxsin bədəni hipnoz olunmağa uyğun olmalıdır. Bəzi insanlar ümumiyyətlə hipnoz edilə bilməz. Bu insanlara yaşlılar, şizofreniya diaqnozu qoyulmuş insanlar və hipnoz üçün yararsız hesab edilən bəzi xəstəlikləri olan insanlar daxildir.İnsandan insana dəyişsə də, hipnozun bəzi mümkün yan təsirləri də var. Tətbiq zamanı və ya ondan sonra baş verə biləcək bəzi mümkün pis vəziyyətləri aşağıdakı kimi sıralamaq olar:
• Gözlərin qaralması

• Başgicəllənmə

• Xroniki baş ağrıları

• Trans

• Qavrama fərqi

Bütün bu və ya daha çox təsirlərin yaşanmaması üçün ediləcək ilk şey müalicəni bir mütəxəssis həkimə həvalə etməkdir. Hipnoz çox lazım olmadıqca üstünlük verilməyən bir təcrübədir. Yanlış tətbiq olunduqda geri dönməz problemlərə, özündən uzaqlaşmaya, müxtəlif asılılıqlara səbəb ola bilər.

Mənbə: mynet

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et