Tədqiqatçılar iddia edirlər ki, gözlü iynələr sosial və mədəni məqsədlər üçün paltarların bəzədilməsində istifadə edilən texnoloji yenilikdir.
Bu, qorunmaq üçün istifadə edilən geyimdən şəxsiyyətin ifadəsi kimi istifadə edilməsinə böyük bir dəyişikliyi göstərir.
Dr. Gilliqan soruşur: “Biz niyə paltar geyinirik? "Biz bunun insan olmağın bir hissəsi olduğunu düşünürük, lakin fərqli mədəniyyətlərə baxanda insanların geyimsiz cəmiyyətdə mövcud olduğunu və mükəmməl şəkildə fəaliyyət göstərdiyini başa düşürsən." deyir.
Bilinən ən qədim gözlü iynələr Sibirdə təxminən 40.000 il əvvəl ortaya çıxdı. Daş dövrünün ən ikonik Paleolit artefaktlarından biri olan delikli iynələri hazırlamaq, bədən ölçülərimizə uyğun paltar yaratmaq üçün istifadə olunan sümük oxlarından daha çətindir. Sümük oxları heyvan sümüklərindən hazırlanmış, uca qədər itilənmiş alətlərdir. Gözlü iynələr, sümük və ya sapın tikilməsini asanlaşdırmaq üçün bir deşik (göz) olan dəyişdirilmiş sümük oxlarıdır.
Dəlillər sübut edir ki, sümük iynələri artıq fərdi geyim yaratmaq üçün istifadə edilib, göz iynələrindəki yenilik daha mürəkkəb, laylı paltarların istehsalını, eləcə də paltara muncuq və digər kiçik dekorativ elementlərin yapışdırılması ilə geyimlərin bəzədilməsini əks etdirə bilər.
Dr. Gilligan və həmmüəlliflər geyimin bəzək elementinə çevrildiyini iddia edirlər. Çünki, axırıncı buz dövrünün sonlarına doğru Avrasiyanın soyuq bölgələrində bədən bəzədilməsinin ənənəvi üsulları (məsələn, oxra və ya qəsdən yara izi ilə bədən rəngləmə) mümkün deyildi, çünki insanlar sağ qalmaq üçün daim paltar geyinməli idilər.
Dr. Gilligan "Buna görə də, gözlü sancaqların ortaya çıxması xüsusilə vacibdir, çünki bu, geyimin bəzək məqsədləri üçün istifadə edildiyini göstərir" dedi. Gözlü iynələr paltarları bəzəmək üçün lazım olan çox incə tikişlər üçün xüsusilə faydalı olardı” deyir.
Mənbə: haberturk.com
Tərcümə etdi: Aytac Musayeva