Çimərlikdə dəniz qumu ilə əyləndiyimiz qədər onun insan bədəninə bir o qədər də faydalı təsirləri var.

Nəm dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.
Qumun istiliyi dəri, oynaq və daxili orqanların reseptorlarını qıcıqlandırır, mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərək kapillyar və arteriyaların işini yaxşılaşdırır, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir, ürək-damar sisteminin iş prinsipini nizama salır. Dəniz qumu təbii pilinq rolu oynayır və bəzi dəri xəstəliklərini müalicə edir, ayaq dabanlarına təbii pedikür təsiri bağışlayır. Qum ilə yüngülcə ovulan dəri daha çox təmiz və təbii görünür. Dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirir.
Lakin dəniz qumunun faydası ilə yanaşı zərərli cəhətləri də var. Məsələn, qumda çox qalmaq iflic hissi yaradır. Təzyiq, şəkər, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.
Dəniz və qum yorğunluğu aradan qaldırır, həmçinin antidepressan təsirə malikdir. Lakin təzyiq, şəkər, ürək xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər: Dəniz və qum psixoloji cəhətdən də yaxşıdır, insan sinirlərində sakitlik yaradır, daxili olaraq insan rahatlayır, hüzur dolu olur. Bu səbəbdəndir ki, dəniz kənarında yeyilən yüngül qidalar, hətta pendir, pomidor, çörək belə insana xoş təsir edir, iştahla yeyirsən, yaxın yoldaşlarla maraqlı söhbət edirsən, internetdən, sosial şəbəkələrdən uzaqlaşırsan. Bunlar hamısı insana psixoloji cəhətdən çox yaxşı təsir edir. Bunların fonunda qum vannası da qəbul etdikdə, insan ikiqat sakitləşir. Amma təbii ki, bütün bunlar ayrı-ayrılıqda deyil, kompleks şəkildə olduqda daha müsbət təsir edir.
Mənbə: onedio.com
Tərcümə etdi: Aytac Musayeva
