Gümüşlər Manastırı Niğde vilayətinin Gümüşlər qəsəbəsində böyük bir tüf qaya kütləsində oyulmuş qaya monastır kilsəsidir. Kapadokya bölgəsinin ən böyük monastırlarından biri və Anadoluda 10-cu əsr Şərqi Roma (Bizans) sənətinin yaxşı qorunan nümunələrindən biridir. Monastır 1973-cü ildə arxeoloji ərazi elan edildi. Kvadrat planlı mərkəzi həyət, kilsə və bu həyətə birləşdirilən yeraltı boşluqlardan ibarətdir.
Monastır və yeraltı qəsəbə 10-cu əsrdə əsas yaşayış məntəqələrindən uzaqda salınmışdır; O dövrdə "Traika" adlanırdı, ətrafında qədim zamanlardan bəri gümüş yataqları olduğundan Osmanlı İmperatorluğu dövründə Əski Gümüşlər şəhəri adlandırılmış və monastır qeyri-müsəlmanlar tərəfindən ibadət üçün istifadə edilmişdir.
Cümhuriyyət dövründə, 1924-cü ildə Lozan mübadilə nəticəsində Niğde ətrafındakı qeyri-müsəlmanların Yunanıstana köç etdiyi zaman, monastır fəaliyyətini dayandırmış və tərk edilmiş və təxminən qırx il istifadə edilməmişdir. Abidə 1962-ci ildə yenidən kəşf edilmişdir; Bərpa işlərinə 1963-cü ildə britaniyalı arxeoloq Maykl Qof başlayıb. Gümüşlər Manastırı və ətrafı 1973-cü ildə arxeoloji ərazi elan edilərək ziyarətçilərin istifadəsinə verilib.
Mənbə : antiktarih
Tərcümə etdi: Türkan Kərimli