
24Media.az-ın növbəti müsahibi xalçaçı Ülkər Yusifovadır. O, Laçında “ISLIMI” xalça muzeyində çalışır. Ülkər xanım təəssüratlarını 24Media.az-a bölüşüb.
Müsahibimiz deyir ki, Qarabağda çalışmaq onun üçün çox xoşdur. Həmçinin qeyd edir ki, laçınlıdır və köçkünlük düşənə qədər xalçaçı işləyib. Ülkər xanımın anası və nənəsi də xalçaçı olublar.
Ülkər xanım sözlərinə belə davam edir:
“Azadlıqdan sonra Laçına gələn ilk qadınlardanam, hansı ki heç kim cəsarət edib gələ bilmirdi. Lakin xalçaçı kimi yox, çörək bişirmək üçün gəlmişəm. Xalça muzeyi fəaliyyətə başlayandan sonra burada çalışıram”.
Son olaraq, müsahibimiz onu da qeyd edir ki:
“Gərək sənətini sevəsən. Xalça toxumaq böyük səbr, təmkin, diqqət tələb edir. Böyük məmnuniyyətlə xalça toxuyuram və çox şadam ki, azad olunan yerlərdə ilk xalçaları toxumuşam”.
Sayad Qoşnalıyeva
