Bu gün:

Yasəmən çayının bitməz faydaları


Yasəmən çayı öz xüsusiyyətlərinə görə əksər bitki çaylarından fərqlənir. Güclü çiçək dadı profilinə malik olduğu üçün yumşaq bir ləzzətə malikdir. Dəmləndikdə çiçək və xoş qoxular yayır.Yasəmən çayının başqa bir xüsusiyyəti də qurudulmuş yasəmən çiçəklərindən hazırlanmasıdır. Yüngül və aromatik dadına əlavə olaraq, tərkibindəki zəngin qida komponentlərinə görə üstünlük verilməsinin səbəblərindən biridir. Antioksidant, vitamin, mineral və antibakterial tərkibi ilə zəngin qida dəyərinə malik bitki çayıdır.

Bu səbəblə həm təqdim etdiyi ləzzət, həm də verdiyi faydalara görə bir çox insan tərəfindən istehlak edilir.Aromatik dadı ilə tanınan yasəmən çayı yaydığı qoxu ilə tələb olunur.  Yumşaq dadı və çiçək qoxusu sayəsində bir çox insan tərəfindən bəyənilir. Bu baxımdan yasəmən çayının faydaları arasında aşağıdakıları qeyd etmək olar:

Mənəvi istirahətlə yanaşı, fiziki cəhətdən də rahatladır. Xüsusilə idmandan sonra əzələ ağrılarını aradan qaldırır. Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün bədəndə bəzi xəstəliklərə səbəb ola biləcək yad maddələri xaric edir.  Bu baxımdan xərçəngdən də qorunmağa kömək edir. Ürək xəstəliklərinə səbəb olan pis xolesterini azaltmaq xüsusiyyətinə malikdir. Tərkibindəki antioksidantlarla yaşlanma əlamətlərini ortaya qoyan hüceyrə zədələnməsini aradan qaldırır. Qan dövranını tənzimləməyə kömək etdiyi üçün yüksək təzyiqi aşağı salan təsirə malikdir. Qan şəkərini balanslaşdıran xüsusiyyəti ilə diabet və ya insulin müqaviməti problemlərinin əlaməti olan aclıq hissini idarə edir. Bağırsaq sağlamlığını qoruyur və maddələr mübadiləsini sürətləndirir.  Bədəndə daha az yağ təmin etdiyi üçün çəki nəzarətinə də kömək edir.  

İstifadə edildikdə diqqəti və konsentrasiyanı artırır. Müvafiq olaraq, daha məhsuldar olmağı mümkün edir. Yasəmən çayı faydaları sayəsində bir çox insanın qəlyanaltı, səhər yeməyi və ya axşam saatlarında üstünlük verdiyi bitki çayına çevrilib. Xüsusilə, müntəzəm və orta miqdarda istehlak edildikdə onun faydalı xüsusiyyətlərindən faydalanmaq mümkündür. Sərt içməli və faydalı bitki çayı istehlak etmək istəyirsinizsə, yasəmən çayını dəmləyərək hazırlayıb gündə maksimum 2 stəkan istehlak edə bilərsiniz.Yasəmən çayı faydaları ilə seçilən sağlam içki alternativlərindən biridir. Yuxusuzluq problemlərini aradan qaldırmağa təsir edir.Antioksidan xüsusiyyətləri ilə maddələr mübadiləsini sürətləndirir və buna görə də yağların yandırılmasını asanlaşdırır. Beləliklə, arıqlamağa kömək edir. Bədənin zərərli kimyəvi maddələrə qarşı müqavimətini artırır və beləliklə diabet kimi xroniki xəstəliklərdən qoruyur. Bağırsaq florasını tənzimləyərək həzm problemlərini azaldır. Sərinləşdirici içkisi və təravətləndirici dadı ilə ağızda pis qoxunun yaranmasının qarşısını alır. Öskürək və soyuqdəymə kimi immunitet sistemini tetikleyen xəstəliklərin riskini azaldır. Boğaz və baş ağrılarını aradan qaldırmaqda təsirlidir.  Boğaz ağrısı səbəbiylə udma çətinliyi kimi xoşagəlməz simptomları da aradan qaldırır. Yasəmən çiçəyi çayının bədən sağlamlığı üçün faydaları nəzərə alınmalıdır. Antiviral, antibakterial və antioksidant xüsusiyyətləri sayəsində dəri sağlamlığı üçün də faydalı hesab edilir. Hüceyrə zədələnməsinin qarşısını almağa kömək etdiyi üçün müxtəlif faktorlara görə qocalma əlamətlərinin qarşısını alma xüsusiyyətinə malikdir. Yasəmən çayının faydaları və zərərləri iki ayrı məsələni təmsil edir və nəzərə alınmalıdır. Xüsusilə, çox istifadə edildikdə tərkibindəki kofeinin miqdarı daha da artır və beynin həddindən artıq stimullaşdırılmasına səbəb olur. Nəticədə yuxu problemi yarana bilər. Ancaq qan təzyiqini aşağı salan təsirinə görə qan təzyiqi dəyərlərinin daha da azalmasına səbəb olur.  Yasəmən çiçəyi, əksər bitki növləri kimi, bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.  Bu səbəbdən onun çayı hər kəs üçün uyğun deyil. Əgər allergiyası olan biri onu içirsə, tənəffüs problemi, qaşınma və dəri döküntüsü kimi bir çox əlamətlərə səbəb ola bilər.

Mənbə: Medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et