Bu gün:

Taylandın paytaxtı "Banqkok"


Taylandın paytaxtı və ən sıx məskunlaşdığı şəhər olan Banqkok ölkənin inzibati və mədəniyyət mərkəzi kimi tanınır. Bangkok, hər cəhətdən çox yönlü bir metropol; Bu, izdihamı, Budda heykəlləri və memarlıq detalları ilə çox məşhur bir yerdir. 

Wat Arun məbədi həm Banqkokda, həm də Taylandda ziyarət ediləcək yerlər üçün çox vacib bir ünvandır. Sübh məbədi kimi də tanınan bu tikili 70 metr hündürlükdə heyranedici görünüşü ilə turistlərin diqqətini çəkir.

Soi Kovboy küçəsi Banqkoka əylənmək üçün gələn yerli və əcnəbilərin üstünlük verdiyi küçədir. Banqkokun əyləncə mərkəzi adlandıra biləcəyimiz bu küçədə çoxlu yemək və içki məkanları da var. 

Taylandın ziyarət edilməli yerləri siyahısında ən yaxşı yerlərdən biri də Banqkok Milli Qalereyasıdır. Tarixi zərbxana binasında yerləşən qalereyada ölkənin ən dəyərli rəssamlarının əsərləri sərgilənir. 

Banqkokda görməli olduğunuz başqa bir yer Chinatowndur. 1700-cü illərdə formalaşmağa başlayan bu məhəllə dünyanın ən böyük Çin mahalı kimi də tanınır. 

Banqkokun ən tarixi yerlərindən biri olan Bangkok Kral Sarayı Taylandın ən çox ziyarət edilməli yerlərindən biridir. 150 il krallığın inzibati mərkəzi olan saray Böyük Saray kimi də tanınır. 

Şri Maha Mariamman məbədi Banqkokdakı ən qədim məbədlərdən biridir. 1879-cu ildə ibadət üçün açılan məbəd möhtəşəm memarlığı ilə hər il saysız-hesabsız turisti qəbul edir.

Mənbə: turkishairlines.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et