Günəş kreminin faydaları nələrdir?

Günəş kremi dərimizi zərərli günəş şüalarından qoruyan vacib bir dəriyə qulluq vasitəsidir.
Günəşin ultrabənövşəyi (UV) şüaları dərimizi zədələyir, vaxtından əvvəl qocalmağa, günəş yanıqlarına və hətta dəri xərçənginə gətirib çıxarır.
Günəş kremi dəri xərçənginin qarşısının alınmasında mühüm rol oynayır. UV şüaları dəri hüceyrələrinin DNT-sini zədələyərək dəri xərçəngi riskini artırır. Günəş kremi ultrabənövşəyi şüaların dəriyə nüfuz etməsini maneə törətməklə bu zərərin qarşısını alır.
Günəş kreminin istifadəsi dəri xərçəngi növlərinin, xüsusilə melanoma, bazal hüceyrəli karsinoma və skuamöz hüceyrəli karsinoma riskini azaldır.
Dermatoloqlar dəri xərçənginin qarşısını almaq üçün SPF 30 və ya daha yüksək qoruyucu faktoru olan geniş spektrli günəş kremlərindən istifadə etməyi tövsiyə edir.
Bundan əlavə, günəşdən qoruyucu kremlərdən istifadə yalnız yayda deyil, buludlu günlərdə və il boyu davam etdirilməlidir, çünki ultrabənövşəyi şüalar buludlardan keçərək dəriyə zərər verə bilər.
Günəşin ultrabənövşəyi şüaları dərinin elastikliyini və kollagen strukturunu pozaraq, vaxtından əvvəl qocalmağa səbəb olur. Bu proses qırışlar, incə xəttlər və dəri ləkələri kimi əlamətlərlə özünü göstərir. Günəşdən qoruyucu krem ultrabənövşəyi şüaların dəriyə zərər verməsini maneə törətməklə bu yaşlanma əlamətlərini azaldır.
Günəş kreminin müntəzəm istifadəsi dərini daha gənc və sağlam göstərir. Bundan əlavə, günəş kremi dərinin nəm balansını saxlayaraq quruluq və qıcıqlanmanın qarşısını alır.
Dəridəki kollagen və elastin lifləri dərini möhkəm və elastik saxlamağa kömək edir. UV şüaları bu lifləri zədələdikdə, dəri daha tez sallanır və yaşlanma əlamətləri daha tez görünür. Buna görə də, günəş kremindən istifadə dəri sağlamlığını qorumaq və qocalma əlamətlərini gecikdirmək üçün ən təsirli üsullardan biridir.
Günəş yanıqlarının qarşısının alınması.
Günəş yanıqları günəşə məruz qaldıqdan sonra dərinin qızarması, ağrı və narahatlığa səbəb olduğu vəziyyətlərdir. Günəş yanıqları dəridə qabarcıqlara və qabıqlara səbəb ola bilər.Günəş kremi dərini günəş yanıqlarından qoruyaraq bu cür zədələrin qarşısını alır.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova
