
Qrip virusu insanlarda tənəffüs xəstəliklərinə səbəb olan virusdur və ümumiyyətlə dörd alt tipə bölünür: A, B, C və D. Bu alt tiplərdən A və B mövsümi qrip adlanan xəstəliyə səbəb olur.
Ortomyxovirus ailəsinin bir üzvü olan qrip A virusunun səthində onun yazılmasında istifadə edilən iki mühüm protein strukturu var. Bu zülallara hemaqlütinin (H) və neyraminidaza (N) deyilir. Donuz qripi virusu 2009-cu ildə pandemiyaya səbəb olan və "H1N1pdm09" olaraq təyin olunan qrip A virusunun H1N1 növünün mutasiyası nəticəsində yaranıb. Virusun genetik materialı RNT (ribonuklein turşusu) molekuludur.
2009-cu ilin mart ayında ABŞ-ın cənub-qərbində və Meksikada başlayan donuz qripi epidemiyası qısa zamanda bütün dünyaya təsir etti. Bu tarixdən təxminən 6 ay sonra dünyada 340 000-dən çox hadisə baş verib və 4 100 insan bu xəstəlikdən dünyasını dəyişib.
Donuz qripi nədir?
A tipi qrip virusu olaraq da bilinən H1N1 virusunun yaratdığı bir qrip növü olan donuz qripi, tez-tez yanvar və fevral kimi qış aylarında baş verən və mövsümi qriplə eyni simptomlarla özünü göstərən bir xəstəlikdir. Onun donuz qripi adlandırılmasının səbəbi virusun donuzlarda qrip törədən viruslara çox bənzəməsidir.
Quş, donuz və insan qripinə səbəb olan virusların qarışığı olan H1N1 virusu insanlarda yüksək hərarət, boğaz ağrısı, öskürək, titrəmə və üşütmə kimi tipik soyuqdəymə əlamətləri ilə özünü göstərir. Virus sürətlə struktur dəyişikliyinə məruz qala bildiyindən donuz qripi əvvəlcə yüngül və çox təhlükəli olmayan xəstəlik olsa da, zaman keçdikcə daha təhlükəli xəstəliyə çevrilib.
Əsasən mövsümi qripdən çox da fərqlənməyən bu xəstəlik, cəmiyyətin böyük bir hissəsi daha əvvəl bu virusla qarşılaşmadığı və bu xəstəliyə qarşı immunitet qazanmadığı üçün mövsümi qripdən daha ağır keçir.
Donuz qripinin əlamətləri hansılardır?
Donuz qripi xəstəliyinin yaratdığı xəstəliyin əlamətləri demək olar ki, mövsümi qriplə eynidir. Şəxsi xüsusiyyətlərindən asılı olaraq fərqli olsalar da, donuz qripinin simptomlarını aşağıdakı kimi sıralamaq olar:
•Yanğı
•Boğaz ağrısı
•Öskürək
•Bədən ağrıları
•Baş ağrısı
•Soyuqdəymə
•İştahsızlıq
Bundan əlavə, bədəndə yorğunluq və tükənmə, nadir hallarda qusma və ishal bu əlamətlərlə müşayiət olunur.
Elmi dildə pnevmoniya kimi tanınan ağciyər infeksiyası xəstəliyin ölümlə nəticələnməsinə səbəb ola bilər. Bundan əlavə, astma xəstəliyi H1N1 virusu ilə birləşdikdə, inkişaf etmiş tənəffüs çatışmazlığına səbəb ola bilər və ölümlə nəticələnə bilər.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova
